12-06-2024, 12:59 0 Hadisə

Lənkəranda 32 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb - FOTOLAR

Lənkəranda 32 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb - FOTOLAR

Lənkəranda bədbəxt hadisə baş verib.



Ulusum.az-a daxil olan məlumata görə, bu gün Lənkəran rayonunun Gərmətük kəndi ərazisində internet xətti çəkərkən, rayonunun Mamusta kənd sakini 1992-ci il təvəllüdlü Cəmil Zöhrab oğlu Həsənov yüksək gərginlikli elektrik xəttlərinə toxunub. Bu zaman yüksək gərginlikli elektrik onu yerə çırpıb.

Ətrafdakıları köməyi ilə huşsuz vəziyyətdə olan C.Həsənov Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər ona yerindəcə ilkin tibbi yardım göstərməyə çalışsalar da, onu həyata qaytarmaq mümkün olmayıb. Həkimə qədər ölüm faktı qeydə alınıb. Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

Eltun Məmmədov

Lənkəranda 32 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb - FOTOLAR


Diqqət Çəkənlər
Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: