Bu gün, 10:30 0 Hadisə

Xəzər bölgəsində zəlzələ: sahil boyunca titrəyişlər hiss olundu

Xəzər bölgəsində zəlzələ: sahil boyunca titrəyişlər hiss olundu
Xəzər dənizi sahillərində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

Məlumatı Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) yayıb.

Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 00:33-də Dərbənddən (Rusiya) 50 km şimal-şimal-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 11 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.

Zəlzələ Azərbaycanın bir sıra rayonlarında da hiss edilib.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: