20-07-2025, 12:00 0 Hadisə / Dünya

Beş yaşlı uşağı "qurban" vermək istəyən valideynlər həbs olundu

Beş yaşlı uşağı "qurban" vermək istəyən valideynlər həbs olundu
İspaniyada Fransadan olan bir cütlük “cinə tutulmuş” beş yaşlı oğullarını qurban verməyə cəhd etdikləri üçün həbs olunub. Bu barədə Morocco World News məlumat yayıb.

Cütlük Alxesiras limanında – onlar Səhrada ritualla təmizləmə məqsədilə Mərakeşə getməyə hazırlaşarkən saxlanılıb. Ailənin tanışının dediyinə görə, məqsəd çöldə mərasim keçirmək olub.

Atanın iddiasına görə, oğlu cinlərin təsiri altındadır və yalnız “qurbanla təmizlənə bilər”. Bu məlumat əsasında polis müdaxilə edərək valideynləri həbs edib.

Onlara qarşı “cinayətkar sövdələşmə” və “valideyn öhdəliklərinin kobud pozulması” ittihamları irəli sürülüb.

Məhkəmədə müdafiə tərəfi bildirib ki, valideynlər uşağa zərər vermək niyyətində olmayıb və onlara qarşı sübut yoxdur. Lakin uşağın hüquqlarını müdafiə edən nümayəndə, cütlüyün qeyri-adekvat davranışlarını və uşağın həyatı üçün potensial təhlükəni vurğulayıb.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: