17-07-2025, 21:00 0 Hadisə

Saxlanılan rusiyalıların anaları övladları ilə görüşdü –Ombudsman Səbinə Əliyevadan təşəbbüs

Saxlanılan rusiyalıların anaları övladları ilə görüşdü –Ombudsman Səbinə Əliyevadan təşəbbüs
Bakıda saxlanılan Rusiya vətəndaşlarının analarının övladları ilə görüşməsinə icazə verilib. Bu barədə 360.ru saytına saxlanılanlardan birinin bacısı Anastasiya Bezuklaya məlumat verib.

Onun sözlərinə görə, bir neçə görüş təşkil olunub və bütün zəruri əşyalar onlara çatdırılıb. Anastasiya qeyd edib ki, qardaşı İlya pozitiv ruh halını qoruyur. Onun dediyinə əsasən, saxlanılanların saxlanma şəraiti ilə bağlı heç bir şikayəti yoxdur, hər şeylə təmin olunublar.

“Rusiya konsulu uşaqlarla bir neçə dəfə görüşüb, şəraitin yaxşı olduğunu bildirib,” – deyə Anastasiya vurğulayıb.


Onun sözlərinə görə, rusiyalıların anaları ilə görüşlərini təşkil edən şəxs Azərbaycanın ombudsmanı Səbinə Əliyeva olub.

Ulusum.az


Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: