16-07-2025, 10:08 0 Hadisə

Sabirabadda 37 yaşlı kişi bıçaqlanıb, şübhəli - həyat yoldaşı

Sabirabadda 37 yaşlı kişi bıçaqlanıb, şübhəli - həyat yoldaşı
Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

Ulusum.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Qaçaq Nəbi küçəsi, 134 ünvanında qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayan 1988-ci il təvəllüdlü Musayev Mirzə Mehman oğlu sol qolunun bazu hissəsinin kəsilmiş-deşilmiş yaraları ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralının dediyinə görə, o, həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: