"Neftçi" Sənan Qurbanova şans verəcək? - EKSKLÜZİV

"Neftçi" klubu Miodraq Bojoviçin uğursuzluğu fonunda yeni baş məşqçi axtarışına çıxıb.
Ulusum.az saytına daxil olan məlumata görə, klub rəhbərliyi yenə əcnəbi məşqi axtarışındadır. Yenə böyük pullar, böyük ümidlər və kiçik nəticələr?
Hazırda "Neftçi"nin məşqçilər korpusunda yer alan Sənan Qurbanov klub üçün ən sərfəli namizəddir. Qurbanov 2018-2019 mövsümündə "Qəbələ"nin, 2020-21 mövsümündə isə "Keşlə" (indiki "Şamaxı") klublarının heyətində Azərbaycan Kubokunun sahibi olub.
Bir sözlə, kiçik büdcə ilə böyük nəticələr əldə edən yerli mütəxəssislərlə çalışmaq daha sərfəli olar. Beləliklə, Bojoviçlərə milyonlar verib uğursuzluqlara düçar olmaq yersiz olardı.
Bu baxımdan "Neftçi" rəhbərliyi bu işdə diqqətli olsa böyük pullar xərcləmədən də uğurlar əldə edə bilər.
Ağa Dadaşzadə
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
"DNK Hospital"-dan açıqlama: Ayaz Məmmədov sağdır, yayılan xəbərlər həqiqəti əks etdirmir
ABŞ-a "diz çökən Avropa": Trampın “Amerika hər şeydən əvvəl” siyasəti qalib gəlir
Sunami panikası, tıxac və Oprah qalmaqalı – Havay adaları silkələndi
Trampdan Epşteyn etirafı: “Gənc qızlarımızı oğurlayırdı, qovdum!”
Tramp Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır
Şaolin baş keşişinin sirləri: Qanun pozuntuları və gizli həyat ifşa olundu