24-04-2024, 20:32 0 Köşə

Texniki servis kondisionerin hər ay təmizlənməli olan hissəsinin adını çəkdi.

Texniki servis kondisionerin hər ay təmizlənməli olan hissəsinin adını çəkdi.

Ulusum.az - ın araşdırmalarında məlum oldu ki, yay fəslinin vazkeçilməzi olan kondisioner vaxtaşırı təmizlənməzsə, təhlükəli mikrobların mənbəyinə çevrilə və xroniki xəstəliklərin inkişafına səbəb ola bilər.

Havaların istiləşməsi ilə bu xəbərin diqqət mərkəzində olan məsələlərdən biri olduğunu nəzərə alaraq məsələyə aydınlıq gətirməyə çalışdıq. Xüsusən də, evində körpə uşağı olan, yaşlı və xəstəsi olan ailələr və iş yerlərində allergik həssaslığı olan insanlar üçün təmiz hava və havanın sirkulyasiyası zamanı tozlanma vacib amillərdən biridir. 

Texniki avadanlıqların təmiri ilə məşğul olan texniki servis mütəxəssisləri söhbət zamanı bizə - “ kondisioner filtrində bakteriyalar, həşəratlar və kif göbələkləri toplanır. Onlar insanlara yoluxa bilər, kondisionerlərdən gələn toz və polen isə allergik reaksiyalara (rinit və konyunktivit) səbəb ola bilər. Xroniki tənəffüs xəstəliklərinin kəskinləşməsi riski də var: tonzillit, faringit və bronxit kimi...”- deyə bildirdilər və əlavə etdilər ki, təxminən ayda bir dəfə kondisioner filtrlərinin kir və tozdan təmizlənməsi lazımdır”. 

Məlumat üçün deyək ki, xarici qurğu bir neçə ildə bir dəfə, daxili bölmə isə altı ayda bir dəfə, avadanlıqların aktiv istifadəsi mövsüm başlamazdan əvvəl təmizlənə bilər.

Beləliklə, artıq qapalı şəraitdə həm sərin, həm də təmiz hava almağın ana qaydasını bildiniz. 

Məkana və vəziyyətə görə kondisionerlərin seçimi bir sonrakı yazımızda... 




Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: