Qara Qarağatın immunitet gücləndirici xüsusiyyətləri: Tədqiqatlar və nəticələr

Ancaq bir mövsümdə yetişən meyvə-tərəvəzləri çox qəbul etmək lazımdır. Çünki təbiətin bizə dörd mövsümdə yalnız 1-2 ay yetişən meyvə-tərəvəzləri bəxş etməsi əbəs yerə deyil. Qarağat, moruq, gilas, gilənar, yemişan, qovun, qarpız, tərxun və s meyvə-tərəvəzlər həm əsl antioksidant mənbəyi, həm də immunitet bazası olmaqla bərabər, orqanizm üçün inanılmaz faydaları olan bitkilərdir.
Ulusum.az yay mövsümünün məxsusi meyvə-tərəvəzlərinin sizə faydalı yönlərini araşdırıb təqdim edir. Bu məqalədə də sizə qara qarağatın insan orqanizmi üçün əvəzolunmaz müalicəvi komponentlər xəzinəsi olduğunu isbat edəcəyik.
Qara qarağatın tərkibində B5, B6, B1, B2, A, K, PP, E, H, C vitaminləri var, eləcə də aşağıdakı mikroelementlərdən ibarətdir;
-Yod;
-Ftor;
-Dəmir;
-Mis;
-Sink və digərləri.
Qara qarağatın tərkibində həmdə bir çox makroelementlər var: maqnium və kalium, fosfor və kalsium, natrium, silikon və digər elementlər. Bu bitkinin hətta yarpaqları da C vitamini ilə zəngindir. Ona görə yarpağını dəmləyib çay əvəzi qəbul etmək bədəndə yara sağaldıcı, orqanizmi regenerasiyaedici təsir göstərir.
Qara qarağatın faydaları:
-Dezinfeksiya edici və iltihab əleyhinə təsir göstərir;
-Qara ciyəri təmizləyir;
-Angina zamanı bu giləmeyvənin şirəsi ilə qarqara etmək boğazı dezinfeksiya edir;
-Qara qarağatın tərkibindəki dəmir hemoqlabini yüksəldir;
-Keçirilən əməliyyatlardan sonra qara qarağat şirəsi faydalıdır;
-Ftor və kalsium dişlərin vəziyyətinə müsbət təsir edir;
-Güclü öskürək zamanı qara qarağat şirəsinə bal əlavə edib içməklə öksürəyi azaltmaq olar;
-Limfa nodu xəstəliyindən əziyyət çəkən insanlara qara qarağat məsləhət görülür.
Qara qarağatdan normal miqdarda qəbul etmək təhlükəsizdir. Normadan artıq miqdarda qəbul etmək isə əks təsirə səbəb olur. Bu zaman orqanizmdə aşağıdakı problemlər yaranır:
-Bağırsaq qazı;
-İshal;
-Diareya.
Qara qarağat qanın laxtalanma prosesinə təsir edir. Qan laxtalanmasında problem olan şəxslərə qara qarağat yemək məsləhət görülmür. Həddən artıq qara qarağat qəbul etmək qan təzyiqini aşağı sala bilər. Qara qarağat aşağı qan təzyiqi, yəni hipotoniklərə qadağandır.
Qara qarağatın faydası saymaqla bitməz. Amma onu qədərində qəbul etmək lazımdır. Bu zaman orqanizmə ziyan vurmur, əksinə, zaman keçdikcə sağlamlığı möhkəmləndirir.
Unutmayaq ki, güclü immunitet orqanizmin qalxanıdır. Gənc qalmaq, parlaq, qırışıqsız dəriyə sahib olmaq üçün daxili orqanların sağlamlığı və qan-damar sisteminin təmizliyi və fəaliyyəti çox önəmlidir. Bu isə düzgün qidalanma, xüsusən də bol vitamin, mineral qəbuluna bağlıdır.
P.S. Bol su içməyi, stresdən yan keçməyi, sevməyi unutmayın!
Rübabə SAHİB

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 15:30
Alman kanslerindən “strateji gizlətmə” planı
Dünya
Bu gün, 14:30
Ukraynada “içəridən qiyam” təhlükəsi
Hadisə
Bu gün, 14:13
Eltisini mətbəxdə əməliyyat edən həkimə HÖKM OXUNDU
Hadisə
Bu gün, 13:30
“Haribo” konfetlərində narkotik aşkar edildi
Hadisə
Bu gün, 13:00
Lənkəranda 68 yaşlı kişi qətlə yetirilib
Köşə / Ədəbi sənət
Bu gün, 12:52
Misralarla danışan ömür: Sabir Sarvanın iz qoyan sözləri
Cəmiyyət
Bu gün, 12:10
Xəzərdə Kəşf: Şimalda Yeni Ada Yarandı
Sağlamlıq
Bu gün, 12:00
Gecə Retinol, Səhər SPF ilə Gənclik Səninlə
Populyar Xəbərlər
27 may BDU - Karyera Festivalı - Gələcəyinə Doğru Addım At!
Elmira Qədirovadan: “Səs Salan Şokolad Tortu”
Xəzər Universitetində “Career Fair 2025” Networking və Career Development Platforması FOTO / VİDEO
Bakıda söküntü qalmaqalı: Ekskavator yandırıldı, bir nəfər həbs olundu
Əmək bazarına açılan qapı: BDU-da Karyera Festivalı Başladı - FOTO - VİDEO
BDU-da “Open the Door” Karyera Festivalı: Gənclər üçün Yeni Fürsətlər Platforması FOTO VİDEO