Uşaqlarda Vitamin D çatışmazlığı

Uşaqlarda D vitamini çatışmazlığı çox vacib məsələdir. Bu çatışmazlıq sümük sağlamlığına və ümumi sağlamlığa mənfi təsir göstərə bilər.
D vitamini uşaqlarda böyümə və sümüklərin inkişafı üçün çox vacibdir, həmçinin immun sisteminin düzgün işləməsinə təkan verir. Bununla belə, D vitamininin həddindən artıq qəbulu da zərərli ola və zəhərlənməyə səbəb ola bilər.
Uşaqlarda D vitamini uyğunsuzluğu qida və dərman vasitələri, xüsusilə də əlavələr nəticəsində yarana bilər. Buna görə də uşağınız üçün D vitamini istifadə etməzdən əvvəl həkimə müraciət etmək vacibdir.
Pediatr Rasimə Əliyeva Ulusum.az-a baçıqlamasında bildirib ki, Vitamin D kalsium-fosfor metabolizminin tənzimlənməsində, sinir və ürək damar sisteminin funksiyasının qorunmasında vacib rol oynayır:
"Müasir tibbdə immun gücləndirici, iltihab əleyhinə və antioksidant təsirləri mövcuddur. Vitamin D səviyyəsinin normal dəyərlər aralığında olan şəxslərdə respirator infeksiyalara yoluxma nisbəti azdır. Uzun müddət kifayət qədər Vitamin D qəbul edilmədikdə, kalsium və fosforun bağırsaqlardan sorulması səviyyəsi aşağı düşür, nəticədə isə yetkin şəxslərdə sümüklərin yumşalması, uşaqlarda isə raxitliyin formalaşmasına gətirib çıxarır",- deyə pediatr qeyd edib.
Həkimin sözlərinə əsasən, bu patologiyalar sümüklərin tez-tez qırılması, sümüklərin deformasiyası və ağrılar ilə təzahür edir.
Kalsium və fosfor çatışmazlığı nəticəsində əzələ zəifləməsi, narahatçılıq, ürəkdə aritmiya kimi simptomlara da rast gəlinir.
Əgər uşağınızın D vitamini səviyyəsi aşağıdırsa, həkiminiz müvafiq əlavə tövsiyə edə bilər.
Vitamin D çatışmazlığının əlamətləri
- Osteomalyasiya adlanan yetkinlik dövründə yaranan sümük xəstəliyi
- Sümük və əzələ ağrıları,sümüklərin tez qırılması
- Körpələrdə və uşaqlarda əzələlərdə zəiflikvə sümük deformasiyasına səbəb olan raxitlik
- Sümük metabolizminin inkişaf etməməsi
- İmmunitetin yaxşı işləməməsi nəticəsində xəstəliklərlə mübarizənin zəifləməsi
- Artıq çəkililik
- Yuxu pozğunluqları
- Alzeimer xəstəliyinə səbəb yaradır
- Günün bütün saatlarında xroniki yorğunluq.
- Kifayət qədər günəşlənməmə və təbii qidalarda az miqdarda Vitamin D olması vitamin D əksikliyinin yaranmasına səbəb olur.
Lakin həddindən artıq Vitamin D qəbulu azı Vitamin çatışmazlığı qədər ziyanlıdır. Odur ki, istənilən halda həkim tövsiyəsi mütləqdir.
Aymirə Ağamirova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 13:50
Hava proqnozu açıqlandı - Sabah leysan yağacaq
Cəmiyyət
Bu gün, 13:10
Almaniya bu vətəndaşları deportasiya edəcək
Cəmiyyət
Bu gün, 13:00
Brius Uillisin sağlamlıq durumu pisləşib: ailəsi hər gününü “hədiyyə” adlandırır
Cəmiyyət
Bu gün, 13:00
Azərbaycan motosikletçisi Gürcüstanda çempion olub
Cəmiyyət
Bu gün, 11:00
Qafqaz İslam Ordusunun tarixi zəfəri
Populyar Xəbərlər
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?
Çarli Kirk hadisəsindən sonra Tramp üçün təhlükəsizlik artırıldı
İsrail Qətərdə HƏMAS rəhbərliyinə zərbə endirdi
Tovuzda istifadəyə yararsız transformator niyə illərdir təhlükə saçır? - FOTO