"Azərişıq" ASC uşaqlar üçün təlim keçirdi FOTO - VİDEO

"Azərişıq" ASC-nin Mülki Müdafiə Qərargahı 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Fövqəladə hadisə zamanı davranış qaydaları və ilkin tibbi yardım mövzusunda Qəbələ rayonunda yerləşən “Hacıalılı” elektrik yarımstansiyasının ərazisində fəaliyyət göstərən Regional Təlim Mərkəzində maarifləndirici tədbir keçirib.
Ulusum.az xəbər verir ki, 20-dən çox məktəblinin iştirak etdiyi tədbirdə əvvəlvcə mülki müdafiə sahəsində maarifləndirici təlim təşkil olunub.
Məktəblilər "Zəlzələ və yanğınlar zamanı davranış qaydaları və binadan təxliyə", "Təxirəsalınmaz ilk tibbi yardım" mövzularında maarifləndirilib, yanğınsöndürmə balonlarından, əleyhqazlardan və əl altında olan əşyalardan istifadə, yaralılara süni nəfəs vermək, yaraların sarınması və yaralıların təhlükəsiz əraziyə təxliyə qaydaları öyrədilib.
Təlimdə həmçinin, mülki müdafiə stendi və xilasetmə vəsaitləri nümayiş etdirilib. Şagirdlər fərdi mühafizə vasitələri ilə tanış olub. Həmçinin, iştirakçılara mülki müdafiə sahəsində hazırlanan tədris vəsaitləri və maarifləndirici bukletlər təqdim edilib.
Tədbirin ikinci hissəsində müasir 35/0.4 kV-luq şəbəkələrin Təlim-Məşq Poliqonunda şərti təlim keçirilib. İştirakçılar 35 kV-luq KTM yaxınlığında şərti qəzanın qarşısını almağa çalışıblar. Təlim zamanı məktəbliləri PUA- pilotsuz uçuş aparatı da müşayiət edib.
Sonda təlim içtirakçılarına diplomlar təqdim olunub. Tədbirin yekununda şagirdlər həmyaşıdlarına müraciət edərək onları təhlükəsizlik qaydalarına əməl etməyə çağırıblar.
Eltun Məmmədov










Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
"DNK Hospital"-dan açıqlama: Ayaz Məmmədov sağdır, yayılan xəbərlər həqiqəti əks etdirmir
ABŞ-a "diz çökən Avropa": Trampın “Amerika hər şeydən əvvəl” siyasəti qalib gəlir
Sunami panikası, tıxac və Oprah qalmaqalı – Havay adaları silkələndi
Trampdan Epşteyn etirafı: “Gənc qızlarımızı oğurlayırdı, qovdum!”
Tramp Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır
Şaolin baş keşişinin sirləri: Qanun pozuntuları və gizli həyat ifşa olundu