23-04-2024, 10:52 0 Gündəm / Şou-biznes / Cəmiyyət

“Kişi göbək rəqsi ilə tamaşaçıları GÜLDÜRMƏSİN!” - EKSKLÜZİV

“Kişi göbək rəqsi ilə tamaşaçıları GÜLDÜRMƏSİN!” - EKSKLÜZİV

Tanınmış aktyor Elməddin Cəfərov sosial şəbəkələrdə yayımlanan verilişlərin birində ona "Komedixana"da nəyi bəyənmirsiniz? sualına belə cavab verib:

“Həmkarlarıma uğurlar arzulayıram, həqiqətən də, “Komedixana”nın kifayət qədər izləyiciləri var, bu danılmazdır. Həyatda rastlaşdığımız neqativliklər güldürə-güldürə tənqid olunur. Amma açığı deyim ki, “Komedixana”da qəbul etmədiyim hallar da olur. Burada əsasən, kişi aktyorun tamaşaçılar qarşısında göbək atıb rəqs etməsini qəbul etmirəm”.

Ulusum.az saytına açıqlamasında “Komedixana”nın yetərincə sevildiyini bildirən Elməddin Cəfərov bəyənmədiyi cəhəti "Komedixana"nın sevilən aktyoru Ənvər Abbasova da bildirdiyini vurğulayıb. 

"Heç kim məndən inciməsin, bu, mənim şəxsi fikrimdir”, - deyə Elməddin Cəfərov əlavə edib. 

 Ağa Dadaşzadə



Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: