Dünən, 21:00 0 Dünya

Tbilisi sərt qərar verdi: Ruslara və belaruslara maşın aparmaq qadağandır

Tbilisi sərt qərar verdi: Ruslara və belaruslara maşın aparmaq qadağandır
RIA Novosti Gürcüstan Daxili İşlər Nazirliyinin Xidmət Agentliyinə istinadən xəbər verir ki, Gürcüstan 15 may tarixindən etibarən Rusiya və Belarus vətəndaşlarına ölkədən avtomobil çıxarmağı qadağan edib.

Agentliyin qaynar xəttinə edilən zəngə cavabda belə deyilib: "Təsdiqləyirik: qadağa 15 maydan qüvvədədir."

Xatırladaq ki, 2023-cü ildə Tbilisi ABŞ və Aİ-dən idxal olunan avtomobillərin Rusiya və Belarus istiqamətində reeksportunu qadağan etmişdi. Lakin həmin vaxt Rusiya və Belarus vətəndaşlarının bu avtomobilləri digər ölkələrə çıxarmasına məhdudiyyət yox idi. İndi isə bu imkan da tamamilə bağlanıb.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: