23-04-2024, 10:00 0 Gündəm / İqtisadiyyat

Qafqazın turizm hegemonu rekordu YENİLƏYİR EKSKLÜZİV

Qafqazın turizm hegemonu rekordu YENİLƏYİR  EKSKLÜZİV

Regionda turizm məkanı deyiləndə çoxlarının ağlına qonşu Gürcüstan gəlir. Dünyanın 4 bir yanından bura turist axını müşahidə olunur. Məsələnin uğurlu tərəfi budur ki, regiona demək olar ki, yad olan Skandinaviyadan  tutmuş Latın Amerikasına qədər insanlar axışır.

ULUSUM.az yerli mətbuata istinadən xəbər verir ki, bunun nəticəsi kimi, 2023-cü ildə Gürcüstan turizm sahəsində fantastik göstəriciyə imza atıb.


Belə ki, ötən il turizm sahəsindən 4.5 milyarda yaxın gəlir edib ki, bu da tarixi rekord göstəricidir. Son 3 ilin nəticəsinə əsasən, Gürcüstan 2023-cü ildə 42,5% artıq gəlir əldə edib.


Nəzərə alsaq ki, 2024-cü ilin ilk rübünun sonuna az qalıb, hazırkı duruma görə də Gürcüstanın bu sahədə potensial gəlirləri olduqca maraqlıdır. Çünki qonşu dövlət ötən ilki rekordu yeniləməkdə israrlıdır. Gürcü mütəxəssislərin təxmin hesablamalarına görə, mart ayına qədər olan gəlir bölgüsü ötən ilki büdcənin 4/1-ni tamamlayıb. Başqa sözlə desək, turizm sahəsindən təxminən 800 milyon dollara yaxın gəlirin əldə edildiyi müşahidə edilir. Mütəxəssislər 2023-cü ilin rekordunun təkrarlanmasına ümid edirlər. Mövsümün qızğın dönəminin hələ qarşıda olması bunu deməyə əsas verir.


Qeyd edək ki, bu ilin ilk 3 ayın statistikasına əsasən, Gürcüstana 400 mindən çox beynəlxalq turist səfər edib.


Ağa Dadaşzadə





Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: