21-05-2024, 17:30 0 Gündəm / İqtisadiyyat

Gürcüstan mayda turist rekordunu vurmaq üzrədir

Gürcüstan mayda turist rekordunu vurmaq üzrədir
Qonşu Gürcüstan ən çox turist qəbul edən ölkələri arasında birincisidir.

Ulusum.az yerli mətbuata istinadən xəbər verir ki, may ayının ilk 15 günü ərzində Gürcüstana gələn turistlərin sayında artım müşahidə olunub.

Qeyd olunur ki, mayın birinci yarısında ölkə 40 mindən çox səyahətçini qəbul edib. Ötən il isə bu göstərici 43 min nəfər olub. Qonşu dövlətin turizmə cavabdeh olan qurumu bu ay rekord göstərici əldə olunduğuna inanır.

Qeyd edək ki, Gürcüstanda təkcə 2023-cü il ərzində dövlət büdcəsinin 50 faizindən çox gələn gəlirii turizm sahəsində əldə olunub.

Ağa Dadaşzadə
Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: