Ərdoğandan XƏBƏRDARLIQ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 18-də dünyada münaqişələrin alovlanmasında su mənbələri ilə bağlı mübahisələrin roluna diqqət çəkib.
Ulusum.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Türkiyənin dövlət kredit təşkilatı “Ziraat Bankı”nın təşkil etdiyi kənd təsərrüfatı ilə bağlı iclasda çıxışında vurğulayıb: “Asiya, Amerika, Şimali Afrika və Yaxın Şərqdə bir çox münaqişələr su mənbələri ilə bağlı mübahisələrdən qaynaqlanır”. O, həmçinin iqlim dəyişikliyinin mənfi təsirlərinə və onların su ilə bağlı münaqişələrdə artan roluna toxunub. Türkiyə Prezidenti deyib: “İqlim dəyişikliyinin mənfi təsirləri səbəbindən su mənbələri və su anbarları münaqişə zonalarına çevrilir”.
Türkiyə və BMT-nin vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında 2022-ci ildə imzalanmış Qara dəniz “Taxıl sazişi” haqqında danışam Ərdoğan qeyd edib: “Türkiyə başda olmaqla həyata keçirilən Qara dəniz “Taxıl sazişi” olmasaydı, bir çox bölgələr, xüsusən Afrika ölkələri aclıqdan əziyyət çəkəcəkdi. Prezident vurğulayıb ki, Türkiyə COVID-19 pandemiyası və Ukraynadakı müharibə şəraitində 33 milyon ton taxılın Bosfor və Dardanel boğazlarından keçməsini təmin etməklə, onsuz da gərgin olan vəziyyətin daha da pisləşməsinin qarşısını alıb”.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 21:00
Cey Di Vens Çarli Kirki həqiqi dost adlandırdı
Sağlamlıq
Dünən, 17:00
"Portağal qabığı" effektindən qurtulmaq olar?
Maraqlı
Dünən, 16:12
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?
Maraqlı
Dünən, 16:00
Qadınların ailə qurmağa mane olan əsas səhvi
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
Yasamalda söküntü: Xıdır Mustafayev və Xaqan Dadaşov küçələrində evlər plana salındı
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə