Fərid Pərdəşünas: “Bu, 99% dələduzluq faktıdır” EKSKLÜZİV

Son bir neçə ayda yenidən kiber dələduzların Azərbaycanda aktivləşdiyini görürük.
Bu sözləri Ulusum.az-a açıqlamasında texnobloqer Fərid Pərdəşünas deyib.
“Dəfələrlə xəbərdarlıq olmasına baxmayaraq yenə də vətəndaşlar kibergigiyenik qaydalara əməl etmediklərinə görə kiber dələduzların qurbanı olurlar. Onların əsas istifadə etdiyi bir neçə metod var ki, birbaşa sosial mühəndislik vasitəsilə aparılır. Belə ki, kart məlumatları, yaxud başqa tətbiqlərin məlumatlarını vətəndaşların öz dilindən almağa çalışırlar.
Texnobloqerin sözlərinə əsasən, digər metod aldadıcı, həvəsləndirici üsullardır. Çünki kiber dələduzlar vətəndaşlara saxta link göndərməklə, onları müxtəlif saytlara cəlb etməklə, eyni zamanda zəng edərək çaşqınlıq yaradıb qorxudaraq istədiklərini həyata keçirirlər.
F.Pərdəşünas həmçinin bildirib ki, investisiya hiylələri də populyar dələduzluq növlərindən biridir. Onlar sizi inandırmağa çalışır ki, qısa bir dövr ərzində müəyyən məbləğdə pul qazanacaqsınız və qazanırsınız. Amma bir müddət sonra sizdən böyük miqdarda yatırım istəyirlər və siz yatırım etdiyiniz zaman dələduzlar istəyinə çatır.
"Vətəndaşlar bilməlidirlər ki, asan yolla pul qazanmaq mümkün deyil, investisiya layihələri Azərbaycanda böyük bir şəkildə yayılıb. Bundan qorumağın əsas yolu bütün saytlara daxil olduqda, bütün linklərə klik etdikdə diqqətli olmaqdır, saytın nə qədər etibarlı olmasına əmin olmaq vacibdir. Bundan başqa teleqramdan qazanc vəd edən kanallara inanmaq düzgün deyil, ümumiyyətlə, Azərbaycanda teleqram üzərindən heç bir şirkət iş təklifi və investisiya şərti irəli sürmür".
Texnobloger vətəndaşlara xəbərdarlıq edir ki, bir işin içində teleqram kanalı varsa, deməli, 99 faiz ehtimalla dələduzluq faktıdır.
Ağa Dadaşzadə
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:36
Güclü istilər ölkə ərazisində davam edir
Cəmiyyət
Bu gün, 09:10
Vəfat etmiş Həsən Kürün oğlu dünyaya gəldi
Dünya
Bu gün, 09:00
Trampa çağırış: İsraili dayandır!
Dünya
Dünən, 21:00
Avropa silkələndi: Əl yükü pulsuz olmalıdır
Dünya
Dünən, 19:00
İsrail Qəzzada əməliyyatları genişləndirə bilər
Cəmiyyət
Dünən, 18:20
Bu gecə Bakının bəzi küçələri işıqsız qalacaq
Populyar Xəbərlər
Türk dünyası Levkoşada bir araya gəldi – Azərbaycanlı şairlər beynəlxalq poeziya axşamında - FOTO
"DNK Hospital"-dan açıqlama: Ayaz Məmmədov sağdır, yayılan xəbərlər həqiqəti əks etdirmir
Zilviyə – Gəncənin şirin xatirəsi - VİDEO
“Bananı da yumaq lazımdır!” – Ekspert
ABŞ-a "diz çökən Avropa": Trampın “Amerika hər şeydən əvvəl” siyasəti qalib gəlir
Sunami panikası, tıxac və Oprah qalmaqalı – Havay adaları silkələndi