Turşsuya sakinlər bu tarixdə KÖÇƏCƏK

Media nümayəndələri bir neçə gün əvvəl Prezident İlham Əliyevin təməlini qoyduğu Şuşa rayonunun Turşsu qəsəbəsində olublar.
Ulusum.az xəbər verir ki, qəsəbə barədə media nümayəndələrinə məlumat verilib.
Layihə rəhbəri Elnur Abdullayev bildirib ki, ilkin mərhələdə qəsəbəyə 50 ailə və ya 202 nəfər köçürüləcək.
"Şuşa rayon inzibati ərazisinə daxil olan Turşsu qəsəbəsi dəniz səviyyəsindən 1938 metr yüksəklikdə, Şuşa-Laçın yolunun 16-cı kilometrliyində yerləşir. Qəsəbə ərazisində 353 ev tikintisi nəzərdə tutulub. İlkin olaraq 50 ailənin köçürülməsi planlaşdırılır. Oktyabr ayının sonunda 50 ailə üçün nəzərdə tutulan evin tikintisi başa çatacaq. Noyabr ayının əvvəllərində isə 50 ailə olmaqla 202 nəfərdən ibarət sakinlərin köçü planlaşdırılıb. Ailə saylarına, tərkiblərinə uyğun olaraq otaqların bölgü məsələləri həllin tapmışdır. İlkin mərhələdə kənd ərazisində, 3 ədəd 2 otaqlı, 29 ədəd 3 otaqlı, 12 ədəd 4 otaqlı, 6 ədəd 5 otaqlı evlərin tikintisi nəzərdə tutulub", - o deyib.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 12:00
Sevimli kartof "fri"gizli xəstəlik yarada bilər ?
Siyasət
Bu gün, 10:00
Türkiyə Ermənistan və Azərbaycan arasında yekun sülhün gələn il imzalanacağını gözləyir
Dünya
Bu gün, 10:00
Fidan İsrailə qarşı tədbir çağırışı etdi
Hadisə
Bu gün, 09:30
Mehdiabadda yaşayış binasında yanğın - VİDEO
Hadisə
Dünən, 20:46
Faciəvi qəza: Elbrusda kanat trosu qopdu
Siyasət
Dünən, 20:21
Moskvadan Bakı və İrəvana təklif
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib
Yasamalda söküntü: Xıdır Mustafayev və Xaqan Dadaşov küçələrində evlər plana salındı
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?