İlham Əliyev Millətlər Birliyinin baş katibini QƏBUL ETDİ -YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Millətlər Birliyi təşkilatının (Commonwealth) baş katibi Patrisia Skotlendi qəbul edib.
Ulusum.az xəbər verir ki, ölkəmizə səfərindən məmnunluğunu bildirən Patrisia Skotlend səfərinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının ildönümünə təsadüf etməsini xüsusi vurğulayaraq, Ulu Öndərin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarını ziyarət etdiyini bildirdi, dahi şəxsiyyətin və onun ömür-gün yoldaşının Azərbaycanın inkişafına verdiyi töhfələri xatırlatdı.
Patrisia Skotlend ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyini məmnunluqla qeyd etdi, bunun özünü xüsusilə COVID19 pandemiyası zamanı göstərdiyini vurğuladı. O, Uqandada Hərəkatın Zirvə toplantısında iştirak etdiyini deyərək orada bütün dövlətlər tərəfindən Azərbaycanın sədrliyinin çox yüksək qiymətləndirildiyini və bunun praktiki nəticələrinin olduğunu qeyd etdi. Qonaq Azərbaycanın Hərəkata uğurlu sədrliyi ilə bağlı bir daha təbriklərini çatdırdı.
Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Patrisia Skotlendin ölkəmizdən yaxşı təəssüratlarla ayrılacağına ümidvar olduğunu dedi.
Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində səmərəli fəaliyyət göstərdiyini, Hərəkatın təsisatlanması istiqamətində mühüm addımlar atdığını vurğuladı. Pandemiya dövründə COVID19 ilə bağlı BMT Baş Assambleyasının Xüsusi Sessiyasının çağırılması təşəbbüsünün ölkəmizə məxsus olduğunu xatırladan Prezident İlham Əliyev Azərbaycanın 80-dən çox ölkəyə, xüsusilə Qoşulmama Hərəkatına üzv dövlətlərə yardım göstərdiyini, vaksin millətçiliyinə qarşı BMT təsisatlarında müvafiq qətnamələrin qəbul olunmasını təmin etdiyini, bununla mübarizə istiqamətində beynəlxalq aləmdə səyləri birləşdirmək üçün fəaliyyətini vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın Qoşulmama Hərəkatına üçillik sədrliyi üzv dövlətlərin dəstəyi ilə daha bir il müddətinə uzadılmışdır.
Azərbaycan Prezidenti ölkəmizin Hərəkata sədrliyi dövründə qazandığı beynəlxalq təcrübədən iqlim dəyişikliyi ilə bağlı istifadə edəcəyini, bu məsələdə də səylərini davam etdirəcəyini dedi, iqlim dəyişikliyindən əziyyət çəkən ölkələrə ədalətli yanaşmanı nümayiş etdirəcəyini bildirdi.
Dövlətimizin başçısı vurğuladı ki, dünya ictimaiyyətinin yekdil dəstəyi ilə ölkəmizin COP29-a sədrlik etməsi və bu tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul olunub. Azərbaycanın Qoşulmama Hərəkatının “sədrlik üçlüyündə” yer aldığını deyən Prezident İlham Əliyev COP çərçivəsində də “üçlük” mexanizminin yaradıldığını qeyd edərək, bu istiqamətdə Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliyanın birlikdə fəaliyyət göstərdiklərini, müxtəlif regionlarda yerləşmələrinə baxmayaraq, COP gündəliyinin birgə irəli aparılması üçün çalışdıqlarını vurğuladı.
Azərbaycan Prezidenti ölkəmizin Millətlər Birliyi təşkilatı ilə əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirdi.
Qonaq Millətlər Birliyi təşkilatının üzvlərinin 33-nün məhz kiçik ada dövlətləri olduğunu deyərək, həmin ölkələrin iqlim dəyişikliklərinin mənfi fəsadlarına ən çox məruz qalan, hətta iqlim dəyişikliklərinə görə mövcudluqları sual altında olan dövlətlər olduğunu vurğuladı.
Azərbaycanın kiçik ada dövlətlərinin və az inkişaf etmiş ölkələrin problemlərinə COP29 sədrliyi çərçivəsində xüsusi diqqət yetirəcəyini deyən Prezident İlham Əliyev qeyd etdi ki, ölkəmiz onların problemlərinin həllinə öz töhfəsini verməyə hazırdır. Bu xüsusda Azərbaycan ilə Millətlər Birliyi təşkilatı arasında birgə əməkdaşlıq layihələri və COP29 çərçivəsində kiçik ada dövlətlərinə həsr edilmiş xüsusi iclasın keçirilməsi məsələləri müzakirə olundu.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
10-05-2024, 10:20
Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan
10-05-2024, 01:00
Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günüdür. Ulusum.az-ın məlumatına görə, Heydər
8-05-2024, 22:30
Tovuzda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə elmi-praktiki konfrans keçirilib.
10-05-2024, 22:15
Gənclər və İdman Nazirliyinin rəhbərliyi və kollektivi Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər. Ulusum.az
10-05-2024, 18:50
"Xalq Heydər deyəcək, Heydər xalq söyləyəcək..." Bəli, artıq 21 ildir ki, dahi siyasətçimiz, ümummilli lider
Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 00:17
2 iyul - Azərbaycanda Polis Günüdür
Gündəm / İqtisadiyyat
Dünən, 22:00
"Facebook" xəbər məzmununu bloklayır?
Hadisə
Dünən, 20:08
Qaxda 11 aylıq körpə xəstəxanada ölüb
Maraqlı
Dünən, 16:28
İlk homoseksual cütlük Latviyada evlənib - VİDEO
Kriminal
Dünən, 16:25
Tovuzda 66 yaşlı kişi döyülüb
Populyar Xəbərlər
Təkrar sertifikatlaşdırmada minimum tələbi ödəməyən müəllimlərin müqavilələrinə xitam veriləcək
Şəmsəddin Kuzəçi: İraq Türkmənlərinin Mədəniyyətini Qoruyan və Tanıdan Böyük Elm Adamı
Rusiya rəsmilərinin Qarabağa dair qəribə cavabı
İRAQ MƏTBUAT TARİXİ (1869-2019) - Dr. Şəmsəddin KUZƏÇİ
Təklik və Sosial İzolyasiya: Hüzursuzluğun Görünməyən Üzü
Kürdə batan gəncin cansız bədəni bu gün tapılaraq sudan çıxarılıb - VİDEO