“Bəxt üzüyü”nün Moşusu teatrla vidalaşdı
“Həyat yoldaşım 10 il əvvəl rəhmətə gedib, indi tək yaşayıram, amma övladlarıma möhtac deyiləm”, – deyə o bildirib.
“Bəxt üzüyü” filmindəki Moşu obrazı ilə yadda qalan aktyor, yaşına və səhhətinə görə teatrla vidalaşıb.
81 yaşlı xalq artisti Valeh Kərimov iyun ayından etibarən Mingəçevir Dövlət Dram Teatrından ayrıldığını bildirib. O, müqaviləsinin müddətinin bitdiyini və şəxsi istəyilə uzatmadığını qeyd edib.
Son dəfə Tufan Minnullinin “Ərməğanlı Ərməndər” əsərini səhnələşdirib. Aktyor deyib ki, yol uzaq olduğu üçün hər dəfə Mingəçevirə gedə bilmirdi və sağlamlığı da tam imkan vermirdi.
Boş qalmamaq üçün evdə krossvord həll etdiyini, bununla vaxtını dəyərləndirdiyini söyləyib. O, həyat yoldaşının 10 il əvvəl vəfat etdiyini və hazırda tək yaşadığını bildirib. Valeh Kərimov “Bəxt üzüyü” filmindəki “Moşu” obrazı ilə tamaşaçıların qəlbində dərin iz buraxıb.
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Yunus Oğuz: “8 Noyabr yalnız Azərbaycanın deyil, bütün türk dünyasının Zəfər Günüdür”
Masturbasiya: Zərərli, yoxsa Faydalı? – Androloq Azər Mirzəyev
Şair-qiraətçi Müşfiqə Baləddin "Atam nə vaxt gələcək?"... VİDEO
Mətbuat Şurası Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı
8 Noyabr — Zəfər Günüdür!
