Əbədiyaşar Ümummilli Lider Heydər Əliyev - VİDEO EKSKLÜZİV

"Xalq Heydər deyəcək, Heydər xalq söyləyəcək..."
Bəli, artıq 21 ildir ki, dahi siyasətçimiz, ümummilli lider Heydər Əlirza oğlu Əliyev cismən bizimlə deyil.. Amma bu gün respublikamızın elə bir bölgəsi yoxdur ki, orada Heydər Əliyevə sevgi, rəğbət duyulmasın, özü olmasa belə... Müstəqil dövlətimizin, suverenliyimizin memarıdır Heydər Əliyev...
Vaxtilə səsləndirdiyi hər bir çıxışı, bəyanatları bu günkü gündə də keçərlidir.
Bir azərbaycanlı kimi xoşbəxtik, ona görə ki, Heydər Əliyev şəxsiyyəti və Onun fəaliyyəti təkcə Azərbaycanın etnosiyasi coğrafiyası ilə məhdudlaşmır. Ulu Öndər istər Sovet xalqları müstəvisində, istərsə də Şərqi Avropadan tutmuş, hətta Afrika ölkələrinə qədər olan xalqların tarixində rol oynamış, onların yaxından tanıdığı və onların həyatına təsir edəcək proseslərə imza atmış bir dahidir. Qeyri-adi siyasi bacarığı, güclü zehniyyəti, nadir yaddaşı, şəxsiyyəti və böyüklüyü bütün siyasətçilərin, elm adamlarının diqqətini daim üzərinə cəmləyirdi.
Ümummilli Liderimiz haqqında danışmağa kəlimələr yetməz, zaman çatmaz...
Xalqın böyük oğlu tarixin elə bir dövründə yetişdi ki, dövlətimiz müxtəlif qüvvələr tərəfindən paramparça ediləcəkdi. Ancaq ən çətin və məsuliyyətli anlarda Azərbaycan xalqının ruhuna nəfəs kimi qayıdan, onun milli mövcudluğunu qoruyaraq xilaskarlıq missiyasını yerinə yetirən zəhmli şəxsiyyət məhz Heydər Əliyev olur. İki dəfə bu missiyanı üzərinə götürən ulu öndər hər dəfə Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmış, ölkəmizi məhvə məhkum olmaqdan xilas etmişdir...
Heydər Əliyevin misilsiz xidmətlərini - istər siyasi, istər mədəni, istər iqtisadi, bir sözlə bütün sahələrdə yürütdüyü siyasəti anlatmaqla bitmir.. Xülasə keçmək və əyani sübut kimi sadəcə Müasir Azərbaycan Respublikasının, qalib dövlətin regionda və dünyadakı mövqeyinə nəzər salmaq kifayətdir. Əldə olunan mövcud sabitlik və yüksək rifah ulu öndər Heydər Əliyev siyasi xəttinin bəhrəsidir.
Çünki Azərbaycanın Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən, bayrağımızı bütün dünyada şərəflə qaldırmağımıza imkan yaradan İlham Heydər oğlu Əliyev kimi Ali Baş Komandanı var. Məhz onun möhkəm iradəsi, güclü siyasəti nəticəsində fəxrlə deyə bilirik ki, Biz qalib xalqıq. Hətta super güclərin belə qarşısında əyilməyən Azərbaycanımız var.
Bu gün respublikamız bayram edir - Ümummilli Liderimizin anadan olmasının 101-ci ildönümüdür. Xalqın sevgisi onun Vətənin dar günündə gəlib yetişdiyi günkü kimidir. Məğrur duruşlu, dahi liderimiz daim qəlblərdə yaşayacaq... Nə qədər ki Azərbaycanımız var, nə qədər ki azərbaycanlılar var, Heydər Əliyev yaşayacaq.
Aymirə Ağamirova

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Türk dünyası / Türkiyə
Bu gün, 19:30
65 il sonra - Xoş Gəlmisən Marcus Aurelius - FOTO
Maraqlı
Bu gün, 18:30
Şahzadə Diananın bacısı qızı nişanlandı
İqtisadiyyat / Dünya
Bu gün, 18:00
Apple gözləntiləri üstələdi: iPhone satışları rekorda çatdı, gəlirlər artdı
Mətbəx
Bu gün, 16:30
Qış üçün “Moxito” kompotu – yayın dadı bankada
Populyar Xəbərlər
"DNK Hospital"-dan açıqlama: Ayaz Məmmədov sağdır, yayılan xəbərlər həqiqəti əks etdirmir
ABŞ-a "diz çökən Avropa": Trampın “Amerika hər şeydən əvvəl” siyasəti qalib gəlir
Sunami panikası, tıxac və Oprah qalmaqalı – Havay adaları silkələndi
Trampdan Epşteyn etirafı: “Gənc qızlarımızı oğurlayırdı, qovdum!”
Şaolin baş keşişinin sirləri: Qanun pozuntuları və gizli həyat ifşa olundu
Melaniya Tramp ictimai tədbirlərdən uzaq düşdü: Ekspertlər tənqid edir