21-04-2024, 13:30 0 Gündəm / Siyasət

ABŞ ilk dəfə bunu etdi

ABŞ ilk dəfə bunu etdi

ABŞ tarixində ilk dəfə ölkədə 90 kiloqram zənginləşdirilmiş uran istehsal edilib.

Bu barədə ABŞ prezidenti Co Bayden Vaşinqtonda seçkiqabağı kampaniyası çərçivəsində çıxışında deyib. 

ULUSUM.az xəbər verir ki, Baydenin sözlərinə görə, ABŞ-də bu ilin sonunadək bir tona qədər uranın istehsal olunacağı nəzərdə tutulur ki, bu sayədə 100 min evi enerji ilə təmin etmək mümkün olacaq.

“Zənginləşdirilmiş uran istehsalı ABŞ-nin neft idxalından müstəqilliyə nail olmaq cəhdlərindən biridir”, – o deyib.

Xatırladaq ki, ötən ay “Bloomberg” agentliyi ABŞ və digər Qərb ölkələrinin nüvə yanacağının bahalaşması fonunda daha əvvəl mühafizə olunan uran mədənlərində fəaliyyəti bərpa etdiyini yazıb.

Məlumatda qeyd olunub ki, ABŞ şirkətləri Vayominq, Texas, Arizona və Yuta ştatlarında mədənlərdə fəaliyyəti bərpa edirlər.

Qeyd edək ki, bu ştatlardakı uran mədənləridən əksəriyyətinin fəaliyyəti 2011-ci ildə Yaponiyanın “Fukusima-1” atom elektrik stansiyasında qəzadan sonra dayandırılmışdı. Nəticədə nüvə yanacağının qiyməti kəskin ucuzlaşmış, bir çox uran mədənləri isə ziyana uğramışdı.




Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: