Xalq rəssamı Əzim Əzimzadənin anadan olmasının 145 ili tamam olur

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin anadan olmasının 145 ili tamam olur.
Əzim Əzimzadə yalnız fırçasıyla yox, həm də düşüncəsiylə zamanına damğa vuran sənətkar olub. O, “Molla Nəsrəddin” jurnalında çəkdiyi kəskin, düşündürücü və bir o qədər də incə yumorla dolu karikaturaları ilə satirik qrafikamızın banisinə çevrilib.
“Baraban”, “Zənbur”, “Tuti” kimi jurnallarda da qələmi ilə cəmiyyətin qaranlıq tərəflərinə işıq tutan Əzimzadə, Sabirin məşhur “Hophopnamə”sinə verdiyi illüstrasiyalarla kitab qrafikasında yeni bir nəfəs yaratdı.
O, təkcə rəsmlə deyil, teatrla da nəfəs alırdı – səhnələrə geyim eskizləri və dekorasiyalarla rəng qatırdı.
Azərbaycanın ilk Xalq rəssamı olan Əzimzadənin əsərləri bu gün dünyanın müxtəlif muzeylərində nümayiş olunur. Onun xatirəsi Bakı küçələrində, adını daşıyan kollecdə, yaşadığı ev-muzeydə və hələ də ruhunun dolaşdığı o bağçadakı büstdə yaşayır.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Diaspora / Mədəniyyət
Bu gün, 09:08
Azərbaycan ilə Mərakeş arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə olunub - FOTO
Dünya
Bu gün, 09:00
Vuçiç bütün çətinliklərə baxmayaraq Moskvaya gəlib
Gündəm
Bu gün, 09:00
Mayın 8-nə gözlənilən hava proqnozu
Hadisə
Dünən, 21:09
FHN Mətbuat xidmətinin məlumatı (video, foto)
Populyar Xəbərlər
Müğənni Günəş estetik cərrahdan şikayətçidir: Çılpaq fotolarımı yayımladı - VİDEO
Prezident Tramp Rusiyada həbsdə olan Kseniya Karelina ilə görüşdü - VİDEO
Azərbaycan Respublikası Kino Agentliyinə müşavir təyin edilib
Hava Proqnozu 5 May 2025
Xalq artisti Kamal Xudaverdiyevin anadan olmasının 87 ili tamam olur - VİDEO
Azərbaycanın təbii və mədəni irsi - VİDEO