Bu gün, 18:56 0 Ədəbi sənət

Ələkbər Tağıyev: Musiqiyə Könül Verən Hüquqşünasın 100 İllik İrsi - VİDEO

Ələkbər Tağıyev: Musiqiyə Könül Verən Hüquqşünasın 100 İllik İrsi - VİDEO
Bu gün Azərbaycanın tanınmış bəstəkarı, ixtisasca hüquqşünas olan Ələkbər Tağıyevin doğumundan düz 100 il ötür!

1924-cü ilin 28 aprelində Gəncənin sadə bir əkinçi ailəsində dünyaya gələn Ələkbər Tağıyev, ilk təhsilini də doğma şəhərində alıb. 1938-ci ildə isə hüquq sahəsində əmək fəaliyyətinə başlayaraq şəhər xalq məhkəməsində çalışmağa başlayır.

Prokurorluq orqanlarında tam 36 ilə yaxın xidmət edən Tağıyev, bir çox SSRİ və Respublika Fəxri fərmanları ilə təltif olunmuşdu.

1950-ci ildə ailə həyatı quran Ələkbər Tağıyev üçün hər şey oğlu Xaliq Tağıyevin doğulması ilə dəyişir. 💫

1958-ci ildən musiqi bəstələməyə başlayan bəstəkarın ilk əsəri – "Qonşu qız" mahnısı Gəncədə yazılır və yaxın dostu, musiqiçi Akif Bakıxanovun dəstəyi ilə musiqi dünyasına qədəm qoyur.

"Qonşu qız"ın uğuru onu daha da ruhlandırır və qısa zamanda "Şirin arzular", "Sən gəlməz oldun", "Bakı gecələri", "Azərbaycanım mənim" kimi unudulmaz mahnılar yaranır.

Ələkbər Tağıyev ilk illərdə Zeynəb Xanlarova ilə, daha sonra isə Nisə Qasımova ilə sıx əməkdaşlıq edərək Azərbaycan musiqisinə saysız-hesabsız hitlər bəxş edib. "Azərbaycan qızıyam", "Ay ellər", "Gözləyəcəyəm" kimi mahnılar onun sənət imzasına çevrilib. 🎵

1962-ci ildə Asəf Zeynallı adına Musiqi Məktəbində bəstəkarlıq təhsili alan Tağıyev, 1964-cü ildə uğurla məzun olmuş, ardından SSRİ Musiqi Fondunun üzvü seçilmişdi.

Ələkbər Tağıyev Azərbaycan musiqisində insan adlarına həsr olunan ("Arzu qızım", "Leyla" və s.) ilk mahnı müəlliflərindən biridir.

Ələkbər Tağıyev 16 aprel 1981-ci ildə bu dünyaya vida etsə də, onun musiqisi bu gün də sevilir və yaşamağa davam edir... 🌹



✍️"Ulusum".az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: