Bu gün, 16:30 0 Dünya

Putin Vitkoffu tələblər siyahısı ilə evə göndərdi

Putin Vitkoffu tələblər siyahısı ilə evə göndərdi
“Ulusum”.az-ın məlumatina görə, Sky News xəbər verir ki, ABŞ-ın xüsusi elçisi Stiv Vitkoff Moskvada cəmi 12 saat qalıb və Kremldən Ukrayna ilə bağlı aydın şərtlərlə ayrılıb. Rusiya tərəfi atəşkəs sazişinin imzalanması üçün Moskvanın fikrincə yerinə yetirilməli olan tələblərin siyahısını təqdim edib.

Telekanalın məlumatına görə, Vitkoff Rusiyaya Səudiyyə Ərəbistanında ABŞ-Ukrayna danışıqlarından sonra 30 günlük atəşkəs təklifi ilə gəlib. Bununla belə, Kreml açıq şəkildə bəyan edib ki, atəşkəs rejimini yalnız fundamental şərtlər yerinə yetirildiyi təqdirdə müzakirə etməyə hazırdır.

Nəşr qeyd edir ki, Moskvanın əsas tələbləri arasında Ukraynanın NATO-ya üzv olmaqdan imtinası, NATO-nun sülhməramlı qüvvələrinin ölkə ərazisində olmaması və Rusiyanın Ukraynadan ayrılmış regionlar üzərində nəzarətinin möhkəmləndirilməsi daxildir. Rusiya prezidenti Vladimir Putin bu mövqeləri daha əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko ilə birgə mətbuat konfransı zamanı səsləndirib.

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: