Haşım bəy Vəzirov – Şuşadan yüksələn ziyalı səsi

Məşhur Vəzirovlar nəslinin parlaq simalarından biri olan Haşım bəy Vəzirov 1867-ci ildə Şuşada dünyaya göz açıb. O, əvvəlcə dini təhsil alıb, sonra Şuşa şəhər məktəbində oxuyub və İrəvan Müəllimlər Seminariyasını bitirib.
Maarifin, mədəniyyətin və milli özünüdərkin öncüllərindən olan Haşım bəy, Bərdə, Şəki və Şuşada müəllim və məktəb müdiri kimi çalışıb. Daha sonra Şuşada müsəlman-rus məktəbinin müdiri vəzifəsinə təyin edilib. Eyni zamanda bələdiyyədə fəaliyyət göstərib, cəmiyyətin inkişafı üçün yorulmadan çalışan ictimai xadimlərdən biri olub.
Jurnalistika sahəsində də silinməz izlər qoyan Haşım bəy “Təxə Həyat”, “İttifaq”, “Səda”, “Sədayi-Vətən”, “Sədayi-Qafqaz”, “Sədayi-Həqq”, “Кавказец” qəzetlərini və “Məzəli” jurnalını nəşr etdirərək milli düşüncənin formalaşmasında əvəzsiz rol oynayıb.
1905–1906-cı illərdə erməni təcavüzünə qarşı mübarizəsinə görə o, sürgünə göndərilib – Stavropolda bir il məhkum həyatı yaşayıb, daha sonra azad olunaraq yenidən Şuşaya, oradan da Bakıya köçüb.
Ömrünün son illərində Bakıda yaşayaraq “İrşad” qəzetilə əməkdaşlıq edib, bir müddət qəzetin müvəqqəti redaktoru olub. 1911-ci ildə digər ziyalılarla birlikdə həbs olunsa da, sonradan azadlığa buraxılıb.
Haşım bəy həm də sənətsevər bir ziyalı idi – Şekspirin “Otello” əsərini tərcümə edib və Şuşada səhnəyə qoyulan tamaşada Otellonu özü canlandırıb.
Haşım bəy Vəzirov 105 il əvvəl, 1916-cı il fevralın 4-də bu dünyaya vida edib. Onun adı, irsi və fədakarlığı bu gün də milli yaddaşımızda yaşamaqdadır.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 21:00
Düşüncələrin sehri bir fincanda gizlənib
Sağlamlıq
Dünən, 19:30
Kolon xərçənginə qarşı yaşıl qalxan
Sağlamlıq
Dünən, 19:00
Baş ağrılarının gizli səbəbi?...
Hadisə
Dünən, 17:45
Rəqsanənin həyat yoldaşına cinayət işi açıldı
Dünya
Dünən, 16:30
Suriya və İsrail danışıqlarda irəliləyiş əldə etdi
Dünya
Dünən, 16:00
Şimali və Cənubi Koreya sərhədində növbəti insident
Cəmiyyət
Dünən, 15:13
Sosial müavinətlərlə bağlı statistika açıqlanıb
Populyar Xəbərlər
Ulusum.az təqdim edir: Fuad Coğitabatı ilə düşüncə dolu söhbət - VİDEO
Trampın əlindəki göyərmə yenə diqqət çəkdi
Hövsanda 31 yaşlı kişi qətlə yetirilib
Bakıda liposaksiya qalmaqalı: Gülbadə Abdullayevadan açıqlama - VİDEO
Bu tarixdən etibarən dərmanlar əhaliyə pulsuz çatdırılacaq
Trampın xüsusi elçisini “gəzən fəlakət” adlandırdılar