22-07-2025, 11:00 0 Dünya

Britaniyadan Putinə neft zərbəsi – “kölgə donanması” ifşa olundu

Britaniyadan Putinə neft zərbəsi – “kölgə donanması” ifşa olundu
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar elan edib. Sanksiyalar Rusiyanın neftin daşınması və satışından əldə etdiyi gəlirləri məhdudlaşdırmağa yönəlib. Bu barədə Britaniya hökumətinin məlumatında deyilir.

Sanksiya siyahısına Rusiyanın nefti gizli şəkildə daşımaq üçün istifadə etdiyi “kölgə donanması”na daxil olan 135 neft tankeri salınıb. London hesab edir ki, bu tankerlər 2024-cü ilin əvvəlindən bəri Rusiya neftini 24 milyard dollar dəyərində daşıyıb.

Bundan əlavə, sanksiyalar həmin “kölgə donanması”nın gəmilərinin qeydiyyatda olduğu iki şirkətə də şamil olunub. Bu şirkətlərdən biri Rusiyanın “Lukoyl” neft şirkəti ilə əlaqəlidir.

“Yeni sanksiyalar Putinin ‘kölgə donanması’na daha bir zərbə vuracaq və Rusiya üçün müharibəni maliyyələşdirməkdə mühüm rol oynayan neft gəlirlərindən onu məhrum edəcək”, – deyə Britaniyanın xarici işlər naziri Devid Lemmi bildirib.


London qeyd edir ki, Qərbin sanksiyaları 2022-ci ildən bu yana Rusiyanın neft və qaz satışından əldə etdiyi gəlirləri üçdə bir azaldıb.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: