20-07-2025, 19:00 0 Dünya

Trampdan sensasion iddia: Obama seçki fırıldağının başında dayanır

Trampdan sensasion iddia: Obama seçki fırıldağının başında dayanır
ABŞ Prezidenti Donald Tramp Truth Social platformasında keçmiş prezident Barak Obamanı 2016-cı il prezident seçkilərində irimiqyaslı saxtakarlığın təşkilatçısı olmaqda ittiham edib.

Tramp, ABŞ Milli Kəşfiyyat Direktorunun sələfi Tulsi Qabbard və Ağ Evin mətbuat katibinin birinci müavini Harrison Fildsin Fox News-da səsləndirdiyi fikirləri dəstəkləyib və bildirib ki, məsul şəxslər cəzalandırılmalıdır.

“Obama və onun dəstəsi ən yüksək səviyyədə fırıldaqçılıqda günahlandırılır, artıq onları məsuliyyətə cəlb etməyin vaxtıdır!” – deyə Tramp bəyan edib.


Ulusum.az


Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: