19-07-2025, 15:00 0 Dünya

Trampın Rusiya sanksiyaları sadəcə təhdiddir?

Trampın Rusiya sanksiyaları sadəcə təhdiddir?
Financial Times yazır ki, ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı 50 gün ərzində sanksiya tətbiq edəcəyi ilə bağlı verdiyi bəyanat, böyük ehtimalla, reallığa çevrilməyəcək.

Nəşrə görə, Trampın Rusiyadan neft və qaz alan ölkələrə qarşı 100%-ə qədər rüsum tətbiq etməklə təhdid etməsi, daha çox siyasi gedişə bənzəyir. Bu cür sərt addımların ABŞ-ın digər ölkələrlə ticarət əlaqələrinə zərər verə biləcəyi vurğulanır.

Trampın bu vədinin arxasında Ukrayna ilə bağlı irəliləyişin olmaması dayanır. O bildirib ki, əgər 50 gün ərzində münaqişədə heç bir tərəqqi olmazsa, sərt iqtisadi tədbirlər görüləcək.

Avropa isə bu bəyanatları yetərsiz və gecikmiş addım kimi qiymətləndirib. Brüssel və digər paytaxtlarda Vaşinqtonun sanksiya imkanlarını tam istifadə etməməsi ciddi tənqidlərə səbəb olub.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: