17-07-2025, 20:00 0 Dünya

“İsrailin təcavüzü bölgəni sabitsizliyə aparır” – Ankara xəbərdarlıq etdi!

“İsrailin təcavüzü bölgəni sabitsizliyə aparır” – Ankara xəbərdarlıq etdi!
Türkiyə Parlamenti İsrailin Suriyaya hücumlarını qəti şəkildə pisləyən və Suriya xalqına dəstəyini ifadə edən qətnamə qəbul edib.

“İsrailin, o cümlədən Dəməşqə qarşı həyata keçirdiyi alçaq hücumları ən qəti şəkildə pisləyirik. Suriya xalqına dəstəyimizi bir daha bəyan edirik”, – sənəddə deyilir.


Qətnamədə vurğulanır ki, İsrail BMT Nizamnaməsini və beynəlxalq hüquq normalarını pozaraq Suriyanın ərazi bütövlüyünə təcavüz edir.

“Bu yeni təcavüz aktlarının məqsədi İsrailin fələstinlilərə qarşı həyata keçirdiyi soyqırımı ört-basdır etmək və Suriya ilə bütün regionu sabitsizliyə sürükləməkdir. Beynəlxalq ictimaiyyətin susqunluğu bu qanunsuz və təhlükəli hərəkətləri təşviq edir”, – deyə sənəddə qeyd olunur.


Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: