16-07-2025, 09:00 0 Dünya

Ombudsman Avropanı Ukraynadan aparılan uşaqları qaytarmamaqda ittiham etdi

Ombudsman Avropanı Ukraynadan aparılan uşaqları qaytarmamaqda ittiham etdi
Ukraynadan Avropaya aparılan uşaqların valideynlərinə qaytarılmasından imtina olunur.

Bu barədə Rusiyanın Xarkov vilayətindəki administrasiyasının uşaq və insan hüquqları üzrə müvəkkili Viktoriya Kolesnik-Lavinskaya özünün Telegram kanalında məlumat verib.

“Xaricə aparılan uşaqları təhlükəsizlik bəhanəsi ilə geri qaytarmaqdan imtina edirlər”, – deyə o bildirib.


Onun sözlərinə görə, Avropa İttifaqında qəyyumluq şuralarının yerli qərarları çox vaxt Ukrayna məhkəmələrinin qərarlarından üstün sayılır.

O qeyd edib ki, Almaniya və Polşa Ukraynanın uşaqların qaytarılması ilə bağlı məhkəmə qərarlarını tanımır. Səbəb kimi valideynlərin döyüş zonasına yaxın ərazidə yaşaması və uşağın artıq yeni şəraitə uyğunlaşması göstərilir.

Bundan əvvəl “The Guardian” qəzeti yazmışdı ki, Böyük Britaniya hakimiyyəti ukraynalılara sığınacaq verməkdən imtina edir, çünki Ukraynada hərbi əməliyyatlardan uzaq, təhlükəsiz ərazilərin mövcud olduğunu bildirir.

Bütün bu fonda ailələr “Böyük Britaniyada həyat qurmağa” və uşaqlarına Britaniya təhsili verməyə imkan yaradacaq “həll yolu axtarışına” çalışırlar.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: