Tramp Böyük Britaniyaya gedir – kralın xüsusi dəvəti

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya Kralı III Karlın rəsmi dəvətini qəbul edib və 17–19 sentyabr tarixlərində Birləşmiş Krallığa ikinci dövlət səfərini edəcək. Bu barədə iyulun 13-də Bukinhem Sarayı məlumat yayıb.
Bu səfərlə Tramp, Böyük Britaniyaya iki dəfə dövlət səviyyəsində – yəni ən yüksək protokol statusunda – səfər edən ilk ABŞ prezidenti olacaq. Əvvəllər Britaniya kralları ABŞ prezidentlərini adətən ikinci müddətə seçildikdən sonra sadəcə çaya və ya nahara dəvət edirdilər.
Tramp ilk dəfə 2019-cu ildə mərhum kraliça II Elizabetin dəvəti ilə Londonda rəsmi qarşılanmışdı. Bu dəfə isə, Bukinhem Sarayında təmir işləri aparıldığından, kral III Karl və kraliça Kamilla Tramp və birinci xanım Melaniyanı Vindzor qalasında qəbul edəcək.
Səfər proqramı hələ açıqlanmayıb, lakin Vindzorda Müqəddəs Corc salonunda rəsmi qarşılanma mərasimi və ziyafətin keçirilməsi gözlənilir. Mərasimlərdə Uels şahzadəsi və şahzadəsi də daxil olmaqla, kral ailəsinin bütün yüksək üzvləri iştirak edəcək.
ABŞ prezidentinin hər səfəri ciddi təhlükəsizlik tədbirləri ilə müşayiət olunur. Trampın bu səfərində də ictimaiyyətə açıq tədbirlərin olmaması ehtimal edilir. 2019-cu ildə təhlükəsizlik səbəbilə Tramp Bukinhem Sarayına ənənəvi atlı kortejlə deyil, helikopterlə çatdırılmışdı.
Hazırda Trampın Britaniya parlamentində çıxış edib-etməyəcəyi məlum deyil. Xatırladaq ki, keçmiş prezident Barak Obama və bu yaxınlarda Fransa Prezidenti Emmanuel Makron parlamentdə çıxış etmişdilər. Sentyabrda Lordlar Palatası çalışsa da, İcmalar Palatası partiya konfransları səbəbilə tətilə çıxacaq.
Qeyd edək ki, bir sıra Britaniya deputatları Trampın dəvətinə qarşı çıxıb. Britaniya mətbuatı iddia edir ki, kral III Karl bu səfəri məhz parlament tətili dövrünə salmaqla, mümkün narahatlıqların qarşısını almağa çalışıb.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 09:27
Naxçıvanda sahibkarlığın inkişafı üçün gömrük güzəştləri və dəstək mexanizmləri müzakirə edildi
Cəmiyyət
Dünən, 13:50
Hava proqnozu açıqlandı - Sabah leysan yağacaq
Cəmiyyət
Dünən, 13:10
Almaniya bu vətəndaşları deportasiya edəcək
Populyar Xəbərlər
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?
Çarli Kirk hadisəsindən sonra Tramp üçün təhlükəsizlik artırıldı
İsrail Qətərdə HƏMAS rəhbərliyinə zərbə endirdi
Tovuzda istifadəyə yararsız transformator niyə illərdir təhlükə saçır? - FOTO