Bu gün, 09:30 0 Dünya

Tramp CBS-i diz çökdürdü: “60 Minutes” qalmaqalı 16 milyonluq razılaşma ilə bitdi

Tramp CBS-i diz çökdürdü: “60 Minutes” qalmaqalı 16 milyonluq razılaşma ilə bitdi
Amerika mediasında səs-küyə səbəb olan qalmaqalda növbəti mərhələ! ABŞ prezidenti Donald Tramp, 2024-cü il prezident seçkiləri çərçivəsində yayımlanan və Kamala Harris ilə birgə iştirak etdiyi “60 Minutes” proqramının montajla manipulyasiya edildiyini iddia edərək, CBS News-a 20 milyard (!) dollarlıq təzminat iddiası qaldırmışdı.

“Montajla xalqı aldatdılar!”

Trampın iddiasına görə, proqramın yayımlanan versiyasında əsas görüntülər məqsədli şəkildə dəyişdirilərək rəqibi Kamala Harrisə üstünlük qazandırılıb və bu, “xalqı yanıltmaq və Trampa qarşı ədalətsizlik yaratmaq üçün qəsdən edilib”.

Paramount geri çəkildi, Trampa 16 milyon dollar ödəyir

Bu iddialar qarşısında əvvəlcə müqavimət göstərən CBS News-un ana şirkəti Paramount Global, nəhayət, Tramp ilə 16 milyon dollarlıq uzlaşmaya getmək məcburiyyətində qalıb. Ödəniləcək məbləğin bir hissəsi Trampın hüquqi xərclərini qarşılayacaq, qalan hissə isə onun “prezidentlik kitabxanası” layihəsinə yönləndiriləcək.

Uzlaşma var, üzrxahlıq yox

Paramount Global, bu razılaşma ilə bərabər, gələcəkdə prezidentliyə namizədlərlə aparılacaq “60 Minutes” müsahibələrinin tam yazılı transkriptlərini dərc etməyə razılaşıb. Lakin diqqətçəkən məqam odur ki, şirkət nə Trampdan, nə də ictimaiyyətdən rəsmi şəkildə üzr istəməyib.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: