Dünən, 09:30 0 Dünya

Trampdan Qəzza üçün SÜRPRİZ ATƏŞKƏS PLANI

Trampdan Qəzza üçün SÜRPRİZ ATƏŞKƏS PLANI
ABŞ-ın prezidenti Donald Tramp Qəzza zolağında münaqişənin dayandırılması üçün yeni atəşkəs təşəbbüsü ilə çıxış edib. O, şəxsi "Truth Social" hesabında bildirib ki, nümayəndələri israilli tərəfdaşlarla uzun və məhsuldar danışıqlar aparıblar və nəticədə İsrail 60 günlük atəşkəs üçün müəyyən şərtlərlə razılaşıb.

“Bu iki ay ərzində biz bütün tərəflərlə sıx əməkdaşlıq edəcəyik ki, münaqişəyə son qoyulsun”, – deyə Tramp bildirib.

Tramp əlavə edib ki, Misir və Qətər yaxın zamanda sülh istiqamətində yekun təkliflərlə çıxış edəcəklər. O, bu prosesi “tarixi fürsət” adlandırıb və bildirib ki, ABŞ bu dəfə münaqişənin köklü şəkildə həllinə nail olmaq istəyir.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: