Rabatda “Mərakeşli uşaqların gözü ilə Azərbaycan” rəsm müsabiqəsinin bağlanış mərasimi keçirilib - FOTO

Bu gün Rabatın ən səfalı guşələrindən biri olan Nəbatat Bağında “Mərakeşli uşaqların gözü ilə Azərbaycan” adlı uşaq rəsm müsabiqəsinin bağlanış mərasimi keçirilib.

Tədbir Azərbaycanın Mərakeşdəki Səfirliyi, Aqdal-Riyad Rayon Şurası və Arribat Mərkəzinin birgə təşkilatçılığı ilə, Uşaqların Beynəlxalq Müdafiəsi Günü və Əlahəzrət Vəliəhd Şahzadə Moulay Əl Həsənin doğum günü münasibətilə baş tutub.

Müsabiqə Azərbaycan və Mərakeş arasında mədəni mübadilənin və dostluğun gözəl bir nümunəsi kimi dəyərləndirilib. Tədbir zamanı qaliblər mükafatlandırılıb. Birinci yerə El Mehdi Ait Lasri layiq görülüb. O, Azərbaycan mədəniyyətində qonaqpərvərlik və şirinlik rəmzi olan ənənəvi pəhləvanı təsvir etdiyi rəsmi ilə münsiflər heyətinin rəğbətini qazanıb. Rəsmi orijinallığı, incəliyi və verdiyi emosional istiliklə seçilib.

İkinci yerə İbtissame Menay, üçüncü yerə isə Həmzə Lambarki El Allioui və Zeynəb Bouhamidi layiq görülüblər. Qaliblərə sertifikatlar, hədiyyələr və pul mükafatları təqdim olunub.

Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Türk dünyası / Türkiyə
Bu gün, 09:45
Sürücü törətdiyi hadisə yerindən qaçmaq istəsə də, mobil telefon kamerasına düşüb
Cəmiyyət / Şou-biznes
Bu gün, 09:40
“Eurovision 2026”: 5 ölkə İsrailin iştirakını boykot edəcək, Azərbaycanın mövqeyi gözlənilir
İqtisadiyyat
Bu gün, 09:20
Meksika Çin və Asiyadan gələn məhsullara əlavə rüsum tətbiq etməyə hazırlaşır
İdman
Bu gün, 09:05
Premyer Liqa: "Arsenal" qalib gəlib, "Çelsi" xal itirib
Mədəniyyət
Bu gün, 09:05
Yeni teatr mövsümünün açılış mərasimi keçirilib
İqtisadiyyat
Bu gün, 09:00
Tramp Rusiyadan neft idxalını dayandırmağa çağıraraq sanksiyaları gecikdirməyə çalışıb
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib
Yasamalda söküntü: Xıdır Mustafayev və Xaqan Dadaşov küçələrində evlər plana salındı
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?