İran prezidenti Xameneyini İsraillə müharibədən daşınmağa çağırıb
İran prezidenti Xameneyini İsraillə müharibədən daşınmağa çağırıb.
“İran İnternational” kanalı öz mənbələrinə istinadən xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian ölkənin ali rəhbəri Əli Xameneyi ilə görüşdə ondan münaqişənin istənməyən müharibəyə çevrilməsinə mane olmaq üçün İsrailə birbaşa hücumun qarşısını almasını istəyib.
Məlumata görə, Pezeşkian Əli Xameneyini İsrailə qarşı hücumdan çəkinməyə çağırıb, ölkənin iqtisadiyyatı və gələcəyi üçün dağıdıcı nəticələrlə bağlı xəbərdarlıq edib.
Bildirilib ki, İran prezidenti İsrailin İranın milli infrastrukturuna və enerji resurslarına cavab hücumlarının iqtisadiyyata ciddi ziyan vura biləcəyini və hətta ölkənin məhvinə səbəb ola biləcəyini vurğulayıb. Xameneyi isə hələlik bu xəbərdarlığa heç bir reaksiya verməyib.
Qeyd olunub ki, Pezeşkian sosial və iqtisadi xərclərə baxmayaraq, İsrailə güclü hərbi cavab verməyə çalışan SEPAH-ın təzyiqi ilə üzləşir.
Eltun Məmmədov

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
2-02-2026, 11:30
Ağrıkəsicilərin nəzarətsiz qəbulu sağlamlıq üçün təhlükəlidir
Populyar Xəbərlər
General-mayor Azad Abdullayev yüksək vəzifəyə təyin edildi
Qazax Gənclər Evi Zirvədə: “Əməkdaşlıqda Lider” Nominasiyasının Qalibi
Qazax qəzası: suallar çoxdur…
Nizami rayonunda Gənclər Gününə həsr olunmuş tədbir keçirilib
YAP Qazax rayon təşkilatının partiya veteranı Rövşən Qayayev vəfat edib
Məhdudiyyətlər gücə çevrilir