Azərbaycan-Türkiyə qardaşlığı hədəf alındı - VİDEO
Türkiyə ilə Azərbaycan arasındakı dərin birliyi məhv etməyi hədəfləyənlər Qəzzaya dəstək bəhanəsi ilə hücuma keçiblər.
Ulusum.az xəbər verir ki, bununla bağlı "Haber Global" süjet hazırlayıb.
Qeyd olunub ki, neftin Türkiyə üzərindən İsrailə satıldığı ilə bağlı böhtan atan terror təşkilatının tərəfdarları Türkiyənin İstanbul şəhərində yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mərkəzinə hücum ediblər. Hücumçular pəncərələri sındırıb, qapıları yerindən çıxarmağa və hədə-qorxu gəlməyə çalışıblar. Qəzzaya dəstək adı ilə çıxış edən marjinal qrupların əsas hədəfi Azərbaycan-Türkiyə dostluğu olub.
"SOCAR-ın Türkiyə üzərindən neft satması ilə bağlı böhtan atan "Fələstin üçün min gənc" adlı qrup İstanbulda böyük təxribat törədib. Fələstinin tərəfdarı kimi çıxış edən bu qrup Qəzzanı bəhanə edərək, yalan və böhtanla Azərbaycanı ləkələməyə çalışır.
Nümayişləri təşkil edən struktura baxdıqda, onların əlaqələri tez bir zamanda üzə çıxır. Onların bir çoxunun İraq və Suriyada Türkiyəni hədəf alan terror təşkilatlarını açıq şəkildə dəstəklədikləri görünür. Bu da əsl hədəfin Qəzza olmadığını bir daha ortaya qoyur", - deyə materialda bildirilib.
Daha ətraflı süjetdə:
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 13:30
Ağadadaş Dadaşov - Atasını tanıyırdım, amma ailəsinin çörəksiz qaldığını bilmirdim
Cəmiyyət
Dünən, 20:30
Misir Mərdanovun aylıq gəliri 5 min manatı keçir
Cəmiyyət
Dünən, 10:30
Şouya deyil, ədalətə ehtiyac var
Cəmiyyət
31-12-2025, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Populyar Xəbərlər
Şouya deyil, ədalətə ehtiyac var
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
2026 — Qürur, Birlik və Zəfər İli
Azərbaycanlı həkimlər Həmrəylik Günündə teatr tədbirində bir araya gəliblər
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Ağadadaş Dadaşov - Atasını tanıyırdım, amma ailəsinin çörəksiz qaldığını bilmirdim
