Ekspert İlqar Əliyev həbs edilib
Azərbaycanda informasiya texnologiyaları sahəsində tanınmış ekspert İlqar Əliyev həbs edilib.
"Ulusum".az xəbər verir ki, bununla bağlı İKT üzrə mütəxəssis Osman Gündüz paylaşım edib. O, işin təfərrüatı ilə bağlı əlavə məlumat verməsə də, şəxsin ittihamı qəbul etmədiyini yazıb.
Əldə etdiyimiz məlumata görə, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də “İnformasiya texnologiyaları” departamentinin müdiri, banklardan birində müşavir işləmiş İlqar Əliyev külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edilib.
İş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə araşdırılıb.
Məhkəmə araşdırma sonrası belə qənaətə gəlib ki, təqsirləndirilən şəxs narkotiki satmaq üçün əldə etməyib. Bu əsasla onun əməli Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsinə tövsif edilib.
İKT eksperti məhkəmədə özünü təqsirli bilməyib. Qeyd edib ki, idman zalından çıxıb evə gedərkən saxlanılıb.
Hökmə əsasən, İ.Əliyev 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ekspert 2023-cü ilin dekabrında saxlanılıb.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
21-01-2025, 18:14
Yanvarın 21-də Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən vaxtilə Azərbaycanın
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 20:30
Misir Mərdanovun aylıq gəliri 5 min manatı keçir
Cəmiyyət
Dünən, 10:30
Şouya deyil, ədalətə ehtiyac var
Cəmiyyət
Dünən, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Populyar Xəbərlər
Şouya deyil, ədalətə ehtiyac var
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
2026 — Qürur, Birlik və Zəfər İli
Azərbaycanlı həkimlər Həmrəylik Günündə teatr tədbirində bir araya gəliblər
Prezidentdən sürücülük vəsiqəsi ilə bağlı FƏRMAN