Vaşinqtonda təyyarə qəzasından sonra sudan dörd nəfər çıxarılıb
Vaşinqtondakı Ronald Reyqan adını daşıyan hava limanı yaxınlığında Potomak çayında xilasetmə əməliyyatı zamanı sudan dörd nəfər çıxarılıb.
“Ulusum”.az-ın məlumatina görə, xəbəri NBC yayıb. Məlumatda qeyd edilir ki, xilas edilənlər xəstəxanaya yerləşdirilib.
Qəzaya uğramış təyyarədə ümumilikdə 64 nəfər olub: 60 sərnişin və 4 ekipaj üzvü, aviaşirkət məlumat verib.
Artıq məlumdur ki, toqquşma həmçinin ölüm hallarına səbəb olub. Senator Ted Cruz bildirib ki, ölənlərin dəqiq sayı hələ məlum deyil.
Bombardier CRJ700 tipli yüngül təyyarə, Vaşinqtondakı Ronald Reyqan hava limanının yaxınlığında, "Blackhawk" hərbi vertolyotu ilə toqquşduqdan sonra Potomak çayına düşüb. Hadisə yerinə bütün təcili xidmətlər və xilasetmə vertolyotları cəlb olunub.
Məlumatlara görə, təyyarə Uichita (Kansas ştatı) şəhərindən havaya qalxıb və qəza zamanı enişə gedirdi. Təyyarə American Airlines aviaşirkətinin 5342 nömrəli reysini həyata keçirirdi. Təyyarədə təxminən 60 nəfər ola bilərdi. Sərnişinlərin vəziyyəti barədə hələ məlumat yoxdur. Ronald Reyqan hava limanı müvəqqəti olaraq uçuşları qəbul etməyi və göndərməyi dayandırıb.
Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 20:30
Misir Mərdanovun aylıq gəliri 5 min manatı keçir
Cəmiyyət
Dünən, 10:30
Şouya deyil, ədalətə ehtiyac var
Cəmiyyət
Dünən, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Populyar Xəbərlər
Şouya deyil, ədalətə ehtiyac var
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
2026 — Qürur, Birlik və Zəfər İli
Azərbaycanlı həkimlər Həmrəylik Günündə teatr tədbirində bir araya gəliblər
Prezidentdən sürücülük vəsiqəsi ilə bağlı FƏRMAN