Biləsuvarda saxlanılan narkokuryerdən külli miqdarda narkotik vasitə və həblər aşkarlanıb
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.
"Ulusum".az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, əməliyyat zamanı 31 yaşlı Mirilyas Ağayev saxlanılıb. Ondan ümumilikdə 3 kiloqram marixuana və metamfetamin, həmçinin 144 ədəd metadon həbi aşkarlanıb. M.Ağayevin narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyi və deyiləcək ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər