Sabirabadda gənc oğlan suda boğulub
Sabirabadda 17 yaşlı gənc oğlan su kanalına düşərək boğulub. hadisə günorta saatlarında rayonun Məmişlər və Kürkəndi kəndləri ərazisindən keçən su kanalında qeydə alınıb. Rayonun Məmişlər kənd sakini, 2007-ci il təvəllüdlü Quliyev Elçin Eldəniz oğlu su kanalına düşərək boğulub. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Aparılan axtarışlar zamanı Elçin Quliyevin cəsədi saat 20 radələrində batdığı yerdən təxminən beş kilometr aralı məsafədə tapılıb və aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Eltun Məmmədov
Eltun Məmmədov
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
