Göygöldə III Milli Yaylaq Festivalı start götürdü
Göygöl rayonunda III Milli Yaylaq Festivalının açılışı olub.
Ulusum.az xəbər verir ki, açılış mərasimində iştirak edən gənclər və idman naziri Fərid Qayıbov yaradılan şəraitlə tanış olub, qurulan guşələrə baş çəkib.
Məlumat verilib ki, Xan yaylağında üç gün davam edəcək festival çərçivəsində orijinal üslubda “Yaylaq yurdu” adlı etnoqəsəbə yaradılıb.
Qəsəbədə yaşayış yurdları (alaçıqlar) ilə yanaşı, Cıdır meydanı, “Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı” (tamaşalar üçün səhnə), “Pəhləvan meydanı” (yarış sahəsi), “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” və digər tematik sahələr mövcuddur.
Etnoqəsəbənin ərazisində 3 gün ərzində genişmiqyaslı el şənlikləri olacaq. Festivalda yerli təmsilçilərlə yanaşı, xaricdən də çoxsaylı qonaqlar iştirak edir.
Festival şərti olaraq üç - mədəni-etnoqrafik, milli yaylaq (idman) oyunları və eko-etnoturizm hissədən ibarətdir.
Qeyd edək ki, festival “Cavad xan” Tarix və Mədəniyyət Fondu ilə “Kap.az” Fərqli Turizm MMC-nin təşkilatçılığı, Dövlət Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Dünya Etnoidman Konfederasiyası, Gəncə şəhər, Göygöl Rayon İcra hakimiyyətləri, Dövlət Məşğulluq Agentliyi və KOBİA-nın dəstəyi ilə gerçəkləşir.
Xatırladaq ki, ilk festival 2019-cu ildə Gədəbəy rayonunda, ikincisi isə 2022-ci ildə Göygöl rayonunda keçirilib.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 19:18
Ekler Resepti
Sağlamlıq
Dünən, 12:51
“Yeni doğulan körpənin nəcis rəngi nə deməkdir? – Həsənzadə ətraflı izah etdi”
Populyar Xəbərlər
“Könül Dəftərim” — yaddaşımızı yaşadan sənədli film VİDEO
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?