Çimərlikdə qumbara "Sürprizi" - Çaxnaşmaya səbəb olan partladıcılar...
Çimmək üçün gölə daxil olan vətəndaş çoxsaylı partlayıcı maddə ilə qarşılaşıb.
Ulusum.az xəbər verir ki, İspartanın Eğirdir rayonu Babasultan məhəlləsində çimmək üçün gölə daxil olan vətəndaş göl sahilində partlayıcı maddə olduğunu görüb və xəbər verib.
Araşdırma zamanı göldə 7 ədəd əl qumbarası olduğu müəyyən edilib. Göldə tapılan bombalar İstanbul Hərbi Dəniz Qüvvələri Komandanlığına aid qrup tərəfindən toplanaraq məhv edilmək üçün Eğirdir Dağ Komandanlığı Məktəbi və Təlim Mərkəzi Komandanlığına aparılıb.
Əl qumbaraları çıxarılarkən, polis qüvvələri ərazidə təhlükəsizlik tədbirləri görüb.
Qeyd edək ki, keçən ay eyni ərazidə 7 ədəd əl qumbarası tapılıb və İstanbul Dəniz Qüvvələri Komandanlığına aid qrup tərəfindən məhv edilmək üçün Eğirdir Dağ Komandanlıq Məktəbi və Təlim Mərkəzi Komandanlığına təhvil verilib.
Aymirə Ağamirova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
25-04-2024, 12:14
Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə əlaqə idarəsinin təşkilatçılığı ilə Bakı şəhəri, Yasamal rayonunda yerləşən
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
