Tut mövsümü bitmədən bəkməz hazırlamağa tələsin
Boğaz ağrısının, qaraciyər problemlərinin və bir sıra xəstəliklərin çarəsi bəkməzdədir.
Bəkməzin hazırlanması.
İlk baxışdan bəkməz və ya doşabın hazırlanması çətin görünsə də, əslində, hər kəsin bacaracağı işdir.
Uusum.az bəkməzin asan yolla hazırlanması qaydasını və onun faydalarını təqdim edir:
Yetişmiş tutu yığın və bir qaba sıxaraq suyunu çıxarın. Sonra həmin şirəni ocaqda qaynadın. Çox diqqətli olun, çünki bişirilmə prosesində şirəni ocaqdan vaxtında götürməsəniz bəhməz yanar. Bu isə onun keyfiyyətini aşağı salacaq. Ocağa nəzarət edin və şirəni qatılaşıb qaralana kimi gözləyin.
Üzümdən və xurmadan da bəhməz bişirmək olar. Amma bir çox xəstəliklərə qarşı ən effektiv vasitə tut bəhməzidir. Həm də tut bəhməzi təbabətlə yanaşı, ən keyfiyyətli qida kimi süfrələrimizin bəzəyidir. Deyirlər, tut bəhməzi 72 dərdin dərmanıdır. Xüsusilə qaraciyər, öd, mədə-bağırsaq xəstəliklərində müalicəvi əhəmiyyəti böyükdür. Tutun bir neçə növü olmasına baxmayaraq, ən yaxşı, ən xeyirli bəhməz şah tut və bedana tut növlərindən alınır.
Tut bəhməzinin xeyirləri: Qan azlığı xəstəliyi, ayrıca mədədə narahatlıqları olanlar üçün faydalıdır. Astma və bronxit xəstəliklərində vücudun immunitetini artırmaq üçün istifadə olunur. İdman edənlər üçün böyük enerji mənbəyidir.
Azyaşlıların beyin və vücud inkişafını təmin edən bu möhtəşəm vasitəni su ilə qarışdırılıb qarqara edilərsə, ağız və boğaz xəstəliklərini aradan qaldırır.
Aymirə Ağamirova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
19-04-2024, 09:12
ULUSUM.AZ bu günə olan bürclər haqqında proqnozu təqdim edir: Qoç - diqqətli, ayıq və sayıq olun. Yeni iş ritminə
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin edilib
