Bakıda avtobusların hərəkət sxemləri dəyişdirilir
“28 May” metrostansiyası və Bakı Dəmiryol Vağzalı qarşısındakı ərazidə aparılan təmir işləri ilə əlaqədar Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan müntəzəm avtobus marşrutlarının hərəkət sxemləri müvəqqəti dəyişdirilir.
Ulusum.az xəbər verir ki, dəyişikliyə əsasən, iyunun 20-dən 14 sayda avtobus marşrutunun dayanacaq məntəqələri 4 müxtəlif ərazidə təşkil olunur.
1, 46, 125 və H1 nömrəli avtobus marşrutlarının son dayanacaq məntəqəsi 28 May küçəsində (S.Vurğun bağı);
21, 30, 32, 49 və 175 nömrəli avtobus marşrutlarının son dayanacaq məntəqəsi Dilarə Əliyeva küçəsində (S.Vurğun bağı);
14 və 88A nömrəli avtobus marşrutlarının son dayanacaq məntəqəsi Füzuli küçəsində (Azadlıq prospekti ilə kəsişmədə)
4, 5 və 88 nömrəli avtobus marşrutlarının aralıq dayanacaq məntəqəsi Azadlıq prospektində (ADNSU-nun yanı) təyin edilib.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin edilib
