Etiraz aksiyasında 101 nəfər yaralandı
Ermənistanda dünən parlament binasının qarşısındakı etiraz aksiyasından sonra 101 vətəndaş tibbi yardım üçün müraciət edib.
Ulusum.az bildirir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 85 nəfər artıq xəstəxanadan buraxılıb, 16 nəfər müşahidə altında saxlanılıb. Yüngül və orta dərəcəli travma alan 16 nəfər lazımi tibbi yardım alır.
Qeyd edilib ki, əli zədələnən bir nəfər əməliyyat olunub, pasiyentin vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
