Sosial müavinətlə bağlı qaydalar niyə dəyişdi? - DETALLAR
Xəbər verdiyimiz kimi, "Ünvanlı yardım" elektron sisteminin yenidən qurulması ilə əlaqədar ünvanlı yardım üçün müraciət prosedurunda yeniliklər tətbiq edildi. Bəs bu yeniliklər nədən ibarətdir? Hansı zərurətdən yarandı?
Ulusum.az redaksiyaya ünvanlanan çoxsaylı suallara iqtisadçı ekspert Eldəniz Əmirovla aydınlıq gətirib.
Eldəniz Əmirov bildirib ki, ünvanlı sosial yardımla bağlı qanuna edilən dəyşiiklik bilavasitə prosesin sadələşdirilməsi, yəni müraciətin daha rahat şəkildə təmin olunmasına hesablanıb:

"Müraciət zamanı tələb olunan bəzi sənədlər ixtisar olunub. Əslində, onlardan imtina edilmir, sadəcə olaraq həmin sənədlər elektron bazaya inteqrasiya olunmuş mənbələrdən əldə edilir. Bu zaman vətəndaş özü artıq narahat edilmir".
İqtisadçı ekspertin sözlərinə görə, əvvəlki qaydada vətəndaşdan pensiya, işsizlik, kommunal xərclərlə bağlı, həmçinin əlillik məsələləri, məşğulluq proqramı, uşaqlara dair və s. rəsmi məlumatlar tələb olunurdu. Hazırda isə bunlara ehtiyac yoxdur.
"Əvvəllər vətəndaşın özü sənədləri sistemə daxil etdikdə, məsələn, sayğacın nömrəsini, yaxud kodunu daxil edərkən səhvə yol verdikdə müraciəti imtina olunurdu. Cari dəyişiklik isə bu cür texniki səhvlər ucbatından vətəndaşa problem yaranmasının qarşısını alır. Belə ki, bütün məlumatlar birbaşa sistem tərəfindən tənzimlənəcək. Bu baxımdan hesab edirəm ki, dəyişiklik məqbul sayılmalıdır", - deyə Eldəniz Əmirov vurğulayıb.
Qeyd edək ki, bundan sonra "Ünvanlı yardım"la bağlı elektron sistemə giriş yalnız "Digital (ASAN) Login" üzərindən mümkün olacaq.
Aymirə Ağamirova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 12:00
Süd vəziləri nə vaxtdan yoxlanmalıdır?
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin edilib
