İmtahan həyəcanını necə dəf etməli? - Araşdırma
İstər abituriyent, istərsə də müəllimlər imtahan verərkən müəyyən qədər həyəcan keçirirkər. Hətta bəzən bildikləri sualların cavablarını da səhv yazırlar.
Həlledici məqamda həyəcan necə dəf olunmalı? Necə olur ki, aylarla, illərlə bəlli proqram üzrə hazırlaşırlar, amma imtahan vaxtı sualları ilk dəfə görürmüş kimi vəziyyət yaranır?
Qarşıda müəllimlərin işə qəbulu (MİQ) imtahanı gəlir. Bu baxımdan Ulusum.az Azərbaycan dili və ədəbiyyat müəllimi, Kurikulum üzrə mütəxəssis Anar Əlizadə ilə onlara faydalı olacaq məsələni araşdırıb.
Anar Əlizadənin sözlərinə əsasən, imtahana hazırlaşan şəxs imtahana 5 gün qalmış kitab üzü açmamalıdır:
"Onlar aylarla, hətta illərlə imtahana hazırlaşırlar. Model suallar, müəlliminin öyrətdikləri və müxtəlif test bankları üzərində çalışır və beynində bütün keçdikləri proqrama uyğun olaraq müəyyən ixtisaslar üzrə artıq beynində sistemləşdirmə aparıb. Mən nəyi bilirəm? Və təbii ki, bu da bir az müdavimin özünün bir növ metokoqnitiv düşüncəsi, yəni hansı hissələrdə zəifdirsə, sırf o hissələrin üzərində işləmək baxımından önəmlidir. Ümumiyyətlə, tövsiyə olunur ki, son beş gün ərzində kitabdan, telefondan, əsəbdən, stressdən, yorğunluqdan uzaq dursunlar. Mütləqdir ki, disiplinli şəkildə yuxusuna, yəni yatmağına fikir verməlidir".
A.Əlizadə eyni zmaanda bildirir ki, imtahanda uğur qazanmağımızda hətta qəbul edilən qidaların da rolu var.
"Düzgün qidalanmaq, səhər yeməyi vaxtı-vaxtında yeyilməli, norma daxilində günorta yeməyi və çox da ağır olmayan axşam yeməyi. Bol-bol meyvə-tərəvəz qəbulu, xüsusilə zehni inkişafa təsir edən qidaların qəbulu məsləhətdir. Bundan əlavə, şüalardan uzaq durmaq, əsəbdən, stressdən qaçmaq vacibdir".
Kurikulum mütəxəssisi bildirir ki, imtahan gününə qədər oxumaq şərt deyil, əksinə, bu, onun bildiklərini də unutmasına səbəb ola bilər.
"Əgər vaxtında necə lazımdır imtahana hazırlaşıbsa, müəyyən qədər baza toplayıbsa beş gün ərzində belə deyə il yarım ərzində 10 ay ərzində beş ay ərzində əldə edə bilmədiyi biliyi beş gün əldə edə bilməz", - deyə Anar Əlizadə qeyd edib.
Sonda qeyd edək ki, imtahanda psixoloji aspekt olduqca önəmlidir. İlk öncə özgüvən, özünə inam hissi ilə imtahana yollanmaq lazımdır. Heç kəsə əhəmiyyət vermədən, fikrinizi yalnız suallara yönəltməlisiniz. O zaman aylarla çəkdiyiniz əziyyətin bəhrəsini görəcəksiniz.
Aymirə Ağamirova

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
19-04-2024, 11:24
Hansı işə müraciət edirsənsə, ilk növbədə, CV-də(Curriculum Vitae) dil biliyinə, xüsusən də rus dilinə diqqət
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 12:00
Süd vəziləri nə vaxtdan yoxlanmalıdır?
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin edilib
