Nazir qəzaya düşdü - Vəziyyəti kafidir
Rusiyanın Kamçatka diyarının səhiyyə naziri Aleksandr Qaşkov Naçiki qəsəbəsindən Bolşeretska gedən yolda qəzaya düşüb.
Ulusum.az bildirir ki, bu barədə regional hökumət məlumat verib.
Məlumata əsasən, Qaşkov da daxil olmaqla yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfər rayon xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər. Onun qabırğaları və çanaq sümüyü sınıb.
Qeyd olunduğu kimi, avtomobillərdən birində Qaşkovla yanaşı səhiyyənin inkişafı şöbəsinin rəis müavini Denis Fedotov da olub. Onun yüngül bədən xəsarəti aldığı deyilir.
Rayon Dövlət Yol Müfəttişliyinin ilkin məlumatına görə, mikroavtobusla "UAZ Patriot" markalı avtomobilin toqquşması baş verib. "Hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb, hadisə ilə bağlı araşdırma aparılır, məlumat dəqiqləşdirilir", - deyə idarədən bildirilib.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 12:00
Süd vəziləri nə vaxtdan yoxlanmalıdır?
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin edilib
