Günün tələbi - STEAM proqramı - FOTO
STEAM nədir?
"STEM" İngilis dilində mənası kök deməkdir. Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat sözlərinin birləşməsidir. İlk olaraq bu sistemlə fəaliyyət göstərən məktəblər, istehsal və yaradıcılıq üzərində təsiri olan dizayn ölçüsü əlavə edərək bütöv bir təhsil yanaşması təklif etdi: STEM + A (Art). Şagirdlərin layihələrini sənət, dizayn və yaradıcılıq oxu məhsullarına çevirmək üçün bir mühit təklif olunur. Məktəblər tərəfindən həyata keçirilən STEAM təhsilinin ən vacib fərqi, dil və təhsil ilə yanaşı, sənəti və dizaynı təhsil modelinin ayrılmaz hissəsi halına gətirməsidir.
STEAM hansı fənlərə şamil edilir?
STEAM məktəbləri ana dili, xarici dil, sənət və dizayn təhsilini bu vahid təhsilin ayrılmaz bir hissəsi kimi görür və tələbələrini bu vizyonla inkişaf etdirirlər.
Ulusum.az xəbər verir ki, sözügedən proqram hazırda respublikanın bir çox məktəblərində təşkil olunur. Şagirdlərin böyük marağına səbəb olan STEAM onlarda fənlərarası əlaqə, məntiq və yaradıcılıq bacarıqlarının formalaşmasına imkan yaradır.
Qeyd edək ki, Gədəbəy şəhər İ.Əliyev adına 1 nömrəli tam orta məktəbdə “Fizika aylığı” çərçivəsində sərgi təşkil edilib. Sərgidə məktəbin STEAM, fizika müəllimləri və şagirdlər iştirak ediblər.
Məktəblilər “fizika aylığı” çərçivəsində keçirilən sərgidə düzəltdikləri qurğular haqqında təqdimatlarla çıxış edib, onların iş prinsipini izah ediblər.
Sərginin təşkil edilməsində əsas məqsəd, fizika fənninə və STEAM-ə olan marağı artırmaq, müxtəlif ideyaları ilə fərqlənən istedadlı və yaradıcı şagirdləri aşkar etməkdir.
Aymirə Ağamirova






Diqqət Çəkənlər
Oxşar xəbərlər:
19-04-2024, 11:24
Hansı işə müraciət edirsənsə, ilk növbədə, CV-də(Curriculum Vitae) dil biliyinə, xüsusən də rus dilinə diqqət
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 16:25
LİMONLU RULET
Sağlamlıq
Dünən, 12:56
Uzm. Dr. Rövşanə Həsənzadə: Saç boyası ana südünə keçmir – analar narahat olmasın VİDEO
Mətbəx
Dünən, 11:39
İtburnu Çayının Ən Effektiv Dəmləmə Qaydası
Populyar Xəbərlər
İbrahim İlyaslı : “Könül Dəftərim” — yaddaşımızı yaşadan sənədli film VİDEO
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
İstanbulun Fatih rayonunda zəhərlənmə şübhəsi ilə baş verən ailə faciəsi ilə bağlı istintaq davam edir
Portağallı Acı Şokoladlı Trüfellər
Bir ailənin 4 üzvünün ölüm səbəbi MƏLUM OLDU
