Vaşinqtonda Azərbaycan Müstəqillik Gününün 106-cı ildönümü təşkil edildi
ABŞ-də Azərbaycan Respublikasının Müstəqillik Gününün 106-cı ildönümünə həsr edilmiş icma tədbiri təşkil olunub.
Ölkəmizin Amerika Birləşmiş Ştatlarındakı Səfirliyi tərəfindən Vaşinqton şəhərində Azərbaycan Respublikasının Müstəqillik Gününün 106-cı ildönümünə həsr edilmiş icma tədbiri təşkil olunub. Bayram tədbirində Azərbaycanın ABŞ-də səfiri Xəzər İbrahim, Səfirliyin nümayəndə heyəti, eləcə də 200-dən çox Azərbaycan icmasının üzvü iştirak edib.
Tədbirdə çıxış edən səfir X.İbrahim bu il dövlətimizin müstəqilliyini və ərazi bütövlüyünü tam bərpa edilmiş şəkildə qeyd etdiyini vurğulayaraq, bu münasibətlə icmamızı təbrik edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın Xocalı şəhərinə bugünkü səfərindən bəhs edərək, məcburi köçkünlərin doğma yurdlarına ən tez zamanda qayıtmaları üçün dövlətimiz tərəfindən səylərin göstərildiyini bildirib. Səfir həmçinin, ölkəmizin beynəlxalq aləmdə də nüfuzunun artdığını, o cümlədən Azərbaycanın COP 29-a ev sahibliyi, regionda həyata keçirilən kommunikasiya və enerji layihələrini qeyd edərək, ölkəmizin hər bir sahədə lider olduğunu vurğulayıb.
Səfir həmçinin, ölkəmizin ABŞ ilə ikitərəfli münasibətlərindən söz açaraq, xeyli irəliyə aparılmasından bəhs edib. Diplomat çıxışında bildirib ki, təsadüf deyil ki, ABŞ-nin Prezidenti Cosef Bayden cənab Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayaraq, dövlətlərimiz arasında münasibətlərin nə qədər dərin olduğunu və gələcəyinin necə inkişaf edəcəyini qeyd edib. Səfir dövlətlərarası münasibətlərin inkişafının hər bir azərbaycanlının səyinin əsasında qurulduğunu, Səfirlik adından icma üzvlərinə fəaliyyətlərinə görə təşəkkürünü bildirib. Çıxışının sonunda səfir icmamızın hər zaman həmrəy olmasına çağırış edərək, bundan sonra da Azərbaycanı irəli aparacağımızdan və qələbələrimizin daha da çox olacağını qeyd edib.
Tədbirdə həmçinin, mer Muryel Bauser tərəfindən 28 may 2024-cü il tarixinin paytaxt Vaşinqtonda "Azərbaycanın Müstəqllik Günü" kimi bəyan edilməsi qeyd edilib.
Daha sonra, tədbir zamanı ölkəmizin incəsənət xadimi Elariz Məmmədoğlu milli musiqilərimiz ilə çıxış edib.
Tədbirin sonunda qonaqlara Azərbaycan mətbəxinin təamları təqdim edilib.
Ulusum.az
ABŞ Bürosu





Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 16:25
LİMONLU RULET
Sağlamlıq
Dünən, 12:56
Uzm. Dr. Rövşanə Həsənzadə: Saç boyası ana südünə keçmir – analar narahat olmasın VİDEO
Mətbəx
Dünən, 11:39
İtburnu Çayının Ən Effektiv Dəmləmə Qaydası
Populyar Xəbərlər
İbrahim İlyaslı : “Könül Dəftərim” — yaddaşımızı yaşadan sənədli film VİDEO
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
İstanbulun Fatih rayonunda zəhərlənmə şübhəsi ilə baş verən ailə faciəsi ilə bağlı istintaq davam edir
Portağallı Acı Şokoladlı Trüfellər
Bir ailənin 4 üzvünün ölüm səbəbi MƏLUM OLDU
